"Windows 8"-in sonuncu beta-versiyası buraxıldı

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Windows 8"-in yeni versiyası "Release Preview", "Windows Server 8"-in yeni versiyası isə "Release Candidate" statusu ilə işıq üzü görüb.

Bu versiyalardan sonra bu ilin sonunadək korporasiya əməliyyat sisteminin sonuncu versiyasını buraxacaq. "Windows 8" əməliyyat sistemində əsas yeniliklər "start" düyməsindən imtina edilməsi, poçt istifadəçisi, ünvan kitabçası, fotoalbomlar meneceri, eləcə də "Windows Store"-da edilən dəyişikliklərdən ibarətdir. Bundan əlavə, "Windows 8" istifadəçilərə bir neçə ekranla işləməyə imkan verir, habelə "Adobe Flash" texnologiyasını dəstəkləyir. "Microsoft"-a məxsus yeni əməliyyat sistemində "Metro" interfeysi, barmaqlar vasitəsilə idarəetmə üçün optimallaşdırılan əlavələr sinfi, eləcə də vahid "Windows Store" əlavələr mağazası yer alıb.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4155   Tarix: 02 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040