Zəli ilə müalicə almaq istəyənlər çoxalır (Video)

Zəli ilə müalicə almaq istəyənlər çoxalır (Video)Bizim zəlilərə münasibətimiz yəqin ki, az qala iyrənmək dərəcəsindədir: qara, sürüşkən, qurdabənzər və hələ üstəlik, qanla qidalanan varlıq! Halbuki tam insafsızcasına biz bu "təbiət həkimləri"nin xətrinə dəyirik. Çünki, bəzən onlar insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır.

Qeyd edək ki, zəli 1984-cü ildən "qırmızı kitab"a daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Bir çoxlarının düşündüyünün əksinə olaraq, zəliləri su hövzələrindən tutmurlar, yalnız xüsusi biofabriklərdə yetişdirirlər. Elə Azərbaycanda da bu cür biofabrik olub. Amma indi fəaliyyətini dayandırıb, tələbat isə əksinə artıb.

Kənardan xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilib. Son illər ölkəmizdə də zəli ilə müalicə geniş yayılıb. Ən çox iltihabi, qan xəstəliklərində, revmatik ağrılarda, şişlərdə, dəri problemlərində, hətta ginekoloji xəstəliklərin müalicəsində zəlinin əhəmiyyəti böyükdur.

Müalicə zamanı effektini tez bir zamanda göstərdiyindən əczaxanalarda da zəli satışı çoxalıb. Bir neçə aptekdə çəkiliş aparıb öyrəndik ki, son illər zəliyə tələbat artıb. Həm tibb müəssisələri, həm də fərdi adamlar zəli üçün müraciət edir. Qiymətinə gəlincə bir zəli 0,7 – 1 AZN arasında satılır.

Rütubəti sevən bu canlılar indi ayrı-ayrı şəxslər tərəfindən xüsusi vətəqələrdə yetişdirilir və satılır. Əvvəllər isə bununla məşğul olan xüsusi kombinat fəaliyyət göstərib. Elə həkimlər bəzi xoşagəlməz hallardan qorunmaq, eləcə də tibb üçün qiymətli bu canlıların çoxaldılması üçün xüsusi müəssisəyə ehtiyac görür.

Ölkədəki əksər klinikalarda zəli ilə müalicə üsulundan geniş istifadə edildiyindən zəli istehsalının mərkəzləşdirilməsi həm dövlət, həm də vətəndaşlar üçün xeyirli olardı.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6749   Tarix: 01 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693