Dünyanın ən qorxulu həbsxanası (Fotolar)

Hondurasın ən təhlükəli həbsxanalarından biri olan San Pedro Sula Mərkəzi Həbsxanasında məhkumlar İPhone-dan tutmuş fahişələrə qədər, hər şeyin satıldığı açıq bazar işlədir.

Həbsxanadan çox toyuqların, donuzların kanalizasiya kanallarında rahat gəzdiyi, ətrafı zibillənmiş qəsəbəyə oxşayır.

Ancaq bu qəsəbə sarı rənglə çəkilmiş "ölüm xətti" ilə iki yerə bölünmüş vəziyyətdədir. Nə nəzarətçilər məhkumların işinə qarşışır, nə də məhkumlar nəzarətçilərin ərazisinə girir.

Həbsxana müdirinin müavini Karlos Polanko "Associated Press" agentliyinə verdiyi açıqlamada həbsxananın məhkumlar tərəfindən idarə olunduğunu təsdiq edib:

"Bəli, buranı məhkumlar idarə edir. Biz sadəcə xarici təhlükəsizlikdən məsuliyyət daşıyırıq. Amma xətti keçənləri güllələyəcəyimizi də bilirlər".

Həbsxana rəhbərliyi öz qazancını risqə atmamaq üçün məhkumların dəmir barmaqlıqlar arxasında gördüyü işlərə göz yumur.

Əslində Honduras həbsxanalarının əksəriyyətində vəziyyət bu cürdür. 3 ay əvvəl həbsxanada 361 nəfərin ölümü ilə nəticələnən yanğına beynəlxalq ictimaiyyətin təpkilərinə baxmayaraq, hökumət heç bir reaksiya vermədi.

Komayaqua həbsxanasında baş verən yanğından 1 ay sonra San Pedro Suladakı məhkumlar rəhbərlərinə qarşı qiyam qaldırdılar. Qiyam zamanı 14 nəfər öldürüldü. Nəzarətçilər 3 həftə ərzində içəri girə bilmədilər.

"Associated Press" müxbirlərinin reportaj hazırladığı San Pedro Sula həbsxanası 800 nəfər məhkum üçün nəzərdə tutulsa da, içəridə 2137 nəfər yaşayır.

Maraqlıdır ki, jurnalistlər həbsxanaya müdirin icazəsi ilə deyil, "baş məhkum" Noe Betankurun razılığı əsasında daxil ola biliblər. Hətta Betankur jurnalistlər üçün məhkumlardan ibarət 8 nəfərlik təhlükəsizlik qrupu da təşkil edib.

Qadınların və uşaqların yemək, meyvə, geyim, hətta xalça satdığı hissəyə nəzarətçilər girə bilməz. Ancaq hər gün 30-a qədər insan bazarda işləmək üçün məhkumların yerləşdiyi hissəyə keçir. Nəzarətçilər isə iki tərəfdən bağlı olan sahədə vəzifələrini icra edirlər. Bu bağlı qapıların biri çölə, digəri isə kameraların və bazarın olduğu hissəyə açılır.

Nəzarətçilər gecələr kameraların qapısını bağlasalar da, məhkumların özlərində də açarlar var. Betankur deyib ki, yanğın çıxsa, polis onları burada qoyub gedər.

Betankurun vəzifəsi yeni məhkumların qəbul edilməsi və onların məlumatlandırılmasıdır.

Burada ən önəmli məsələ kameraların qiymətləridir. Ən pis kameranın qiyməti 100 dollardan aşağıdır. Qiymətlər 1500 dollara qədər dəyişir.

Kamerada qalmağa pulu olmayan dustaqlar yerdə yatmaq məcburiyyətinədirlər və təmizlik kimi ən pis işləri görürlər.

Betankur bu vəzifəyə dustaqlar tərəfindən 1 ay əvvəl seçilib. Ondan əvvəlki "baş məhkum" Mario Enrike qiymətləri həddən artıq qaldırdığı üçün öldürülüb.

Əslində Enrike dustaqları döymək, zorlamaq, gecələr tavandan asmaq, itləri onların üstünə qısqırdmaq kimi iyrənc əməllər törədən bir şəxs idi. Ancaq kamera və ərzaq qiymətlərini artırması dustaqların səbr kasasını daşdıran son damla olub. Dustaqların və həbsxana nəzarətçilərinin danışdıqlarına görə, Enrikenin başını və cinsi orqanlarını kəsiblər, ürəyini itə yedirdikdən sonra həmin iti də öldürüblər.

Enrikenin adamlarından 13 nəfər də onunla birlikdə öldürülüb. Hadisədən sonra məhkumlar 3 həftə ərzində həbsxanaya nəzarəti əllərində saxlayaraq, heç kimə içəri girməyə icazə verməyiblər.

Burada hər bir dustaq həftədə 5 dollar ödəməklə yerlərini təmizlətdirə bilərlər. Dustaq çöldəki qiymətdən 3 qat baha pivə, narkotik, hətta bir gecəlik fahişə də sifariş verə bilər. Bu ticarətin

gəlirləri işçilər, sahibkarlar və həbsxana rəhbərliyi tərəfindən bölüşdürülür.

Rəhbərliyin payına ayda 10 min dollar düşür. Həbsxana müdiri Uqo Hernandez bu pullarla həbsxanada təmir işlərinin aparıldığını, dustaqları məhkəməyə və xəstəxanaya aparmaq üçün benzinin və ərzaq alındığını deyib:

"Dövlət bizə hər bir dustaq üçün gündəlik 13 lempira (Honduras valyutası) pul verir. Bu pulla dustaqlar acından ölərlər. Biz də həmin pulun üstünü düzəldirik".

Həbsxana rəsmiləri bu sistemin bir hissəsi olduğunu qəbul edirlər. Ölkədəki 8 min yerlik həbsxanalarda 12 min nəfər saxlanılır. Hökumət hər bir dustağa görə, ildə 400 dollar pul ödəyir

mənbə: publika.az

Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)Dünyanın ən qorxulu həbsxanası (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9486   Tarix: 01 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188