İsrail aparıcısı: "Azərbaycan dilindəki çıxışıma 4 ay hazırlaşmışdım" (Müsahibə, Video)

İsrail aparıcısı: «Salam əziz və sevimli Bakı. Sizləri İsrail dövlətindən salamlayıram. Ürəkdən sevinirəm ki, bu il "Eurovision"u məhz gözəl və qonaqpərvər Azərbaycan qəbul edir. Yəhudi xalqı adından əziz Azərbaycana uğurlar diləyirəm». İsrail jurnalisti və aparıcısı Ofir Naxşonun "Eurovision-2012″ Mahnı Müsabiqəsinin final gecəsində Azərbaycan dilində etdiyi bu salamlaması tamaşaçılar üçün əsl sürpriz oldu. İsrailli həmkarımız bizi, sözün həqiqi mənasında həm təəccübləndirdi, həm də sevindirdi. Əbəs yerə deməyiblər ki, insanların ürəyini xoş etmək üçün dünyanı fəth etməyə gərək yoxdur. Kiçik bir jest, səmimi münasibət, gülərüz yetər.

İsrailin tanınmış aparıcısı və jurnalisti "Eurovision" müsabiqəsi, eləcə də Azərbaycanla bağlı düşüncələrini ANN.Az portalının əməkdaşı ilə bölüşüb.

Bildirib ki, televiziyadan əlavə, müsabiqənin yarımfinal günləri – 22 və 24 mayda İsrailin «Reşet Qimel» radiosunda da "Eurovision" yarışmasına həsr olunmuş veriliş yayımlanıb. Verilişdə Cənub Qafqazda gedən geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycanın lider bir ölkə olaraq rolundan, eləcə də zəngin mədəni və musiqi ənənələrindən danışılıb.

- Cənab Naxşon, bildiyimə görə, "Eurovision" yarışmasını yaxından izləmisiniz. Hətta səsvermənin nəticələri məhz sizin açıqlamanızda təqdim olundu. Müsabiqə haqqında nə deyə bilərdiniz?

- Belə miqyasda dünya mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkənizə çox şeylər qazandıracaq. Şəxsən, mənim nəzərimdə Azərbaycan, bu yarışmanın təşkilini və hazırlanma səviyyəsini çox fərqli bir yüksəkliyə, dünyanın indiyədək görmədiyi bir səviyyəyə qaldırdı. Müstəqil ölkə olaraq sübut elədi ki, Azərbaycanın belə möhtəşəm tədbir keçirməyə həm iqtisadi, həm mədəni, həm də turizm imkanları qadirdir.

- Səsvermənin nəticələri açıqlanan zaman sizin Azərbaycan dilində salamlamanız maraq və rəğbətlə qarşılandı. Yəqin, buna xüsusi olaraq hazırlaşmısınız.

- Bəlkə də inanmayacaqsınız, amma Azərbaycan tamaşaçıları qarşısında çıxışıma düz 4 ay hazırlaşmışam. Və bu çıxış bir israilli olaraq mənim üçün böyük məsuliyyət idi. Bu işdə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) mətbuat katibi Arye Qutun köməyini xüsusilə vurğulamaq istəyirəm. Onun səbr və diqqəti sayəsində nəinki azərbaycanca salamlamağı, hətta Azərbaycana, o gözəl ölkənin istiqanlı, qonaqpərvər insanlarına xüsusi sevgiylə nəfəs almağı öyrəndim. Azərbaycan xalqının qarşısında çıxış etmək, sizlərlə canlı ünsiyyət şərəfinə nail olduğum üçün fəxr edirəm.

- Azərbaycana sevginizlə yanaşı ölkənin yaşadığı siyasi münaqişələrdən də xəbərdarsınız yəqin ki…

- Əlbəttə ki. Azərbaycanın 20 faiz ərazisinin erməni işğalında olması, nəticədə milyonlarla insanın məcburi qaçqın və köçkün həyatı yaşaması, saysız insan itkisi… Bütün bunlar böyük faciədir. Amma hər şeyə rəğmən Azərbaycan xalqı bütün Avropanın qarşısına layiqli və çox gözəl şəkildə çıxdı. Bu ölkəylə fəxr etməmək qeyri-mümkündür.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3221   Tarix: 30 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795