Təqvimin yaranma tarixi

Təqvimin yaranma tarixiKalendar (lat. "kalendarium", hərfən "borc dəftəri") –Qədim Romada borclular ayın birinci günündə "kalenda" adlanan faiz verdiklərinə görə TƏQVİM bu cür adlanmışdı. Təqvim –təbiətin dövrülük təzahürünə əsaslanan və hərək edən səma cisimlərində, o cümlədən Günəşdə və Ayda daha aydın nəzərə çarpan vaxtı hesablama sistemidir. Vaxtın hesablanması sistemi hələ Qədim Şərq ölkələrində yaranmışdır. Əkinçiliyin inkişafı mövsüm üzrə vaxtın hesablanmasını zəruri edirdi. Bu işlə kahinlər məşğul olurdu. Kənd təsərrüfatı işlərinin başlanğıcını və çaylardakı daşqınları astronomik hadisələrlə uzlaşdırmaq mümkün oldu. Lakin ilin davamiyyətini müəyyənləşdirmək cəhdləri, əsasən də günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə, qəməri ayın isə 29 gün 12 saat 44 dəqiqə 3 saniyəyə bəbabər olması ucbatından manelərlə rastlaşdı. İlin, ayın və günün davamiyyətinin bir ölçüyə gəlməsi qədimlərdə bir çox xalqlarda təqvim sistemlərinin yaranmasına və onlar üzərində islahatlar keçirilməsinə səbəb olmuşdur. Üç növ təqvim mövcuddur: Ay (qəməri), Ay-Günəş və Günəş.

Ay təqvimi –təqvim aylarının davamiyyətini müəyyənləşdirmək yalnız Ayın fazalarının dəyişməsi ilə əlaqələndirilir. Hər ay təzə Ayın çıxdığı vaxtdan başlanır və təxminən 29 və ya 30 günə bərabər olur, il də 354 sutka təşkil edən 12 aydan ibarətdir. Ay təqvimi digər digər təqvim sistemlərindən əvvəl meydana çıxmışdır. Müsəlman təqvimi VII əsrdə birdəfəlik formalaşmışdı. Dövrümüzə dək bir sıra müsəlman dövlətlərində saxlanmaqdadır. O, təbiət hadisələrini təxminən 11 sutka qabaqladığından əlverişsizdir. Bu halı islah etmək arzusu Ay-Günəş təqviminin yaradılması ilə nəticələndi.

Ay-Günəş təqvimi həm Ayın fazalarının dəyişməsini, həm də Günəşin il ərzində dövriyyəsini 13-cü ayı əlavə etməklə yolu nəzərə alır: 12 il 12 qəməri aydan, 7 il isə 13 günəş ayından ibarətdir. Babilistan, Qədim Çində, İudeydə, Qədim Yunanıstanda, Qədim Romada istifadə olunmuşdur. Hazırda İsraildə saxlanmışdır.

Günəş təqvimi Günəşin illik görünən dövriyyəsinə əsaslanır. 12 aylıq Günəş ili 365 ¼ sutkaya (sutkanın ¼ -i toplanılmaqla 4 ildə bir dəfə tamamlanır-uzun ildə) bərabərdir. Qədim Misirdə, Qədim Romada, Hindistanın və Mərkəzi Amerikanın bir sıra rayonlarında istifadə olunmuşdur. Bu təqvim e.ə. I əsrdə Roma imperatoru Yuli Sezarın dövründə xeyli təkmilləşdirilmişdir. Müasir Günəş təqvimində qəbul edilmiş bir sıra ayların adları (iyul, avqust və s.) yulian təqvimindən götürülmüşdür. İndi ayın birinci günündən sonuncu gününədək vaxt hesablanması Qədim Romada e.ə. I əsrdə təşəkkül tapmışdır. Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda istifadə olunur.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4629   Tarix: 06 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495