Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti isə əhaliyə mobil telefon alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, mobil telefon bazarında çeşidin artması istehlakçıların bu sahədə hüquqları ilə bağlı məsələləri bir daha gündəmə gətirir.

Mobil telefonlarla bağlı yaranan problemlərin həlli məqsədilə istehlakçılar ilk növbədə telefonu aldıqları yerə müraciət edirlər. Satıcı isə bəzi hallarda hətta zəmanət müddəti ərzində istehlakçının tələbini yerinə yetirməkdən boyun qaçırır ki, bu da mübahisələrin yaranmasına səbəb olur.

Birinci növbədə onu nəzərə almaq lazımdır ki, ölkə ərazisində satışa yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verən məhsullar çıxarıla bilər. Mövcud qanunvericiliyin tələbinə görə, satışa çıxarılan mobil telefonlar müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmalıdır.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, mobil telefon aparatları sertifikatlaşdırılmalı mallar sırasına daxildir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkəyə idxal edilən telefonlar harada istehsal olunmasından asılı olmayaraq Mobil cihazların qeydiyyat sistemində qeydiyyata alındıqdan sonra satışa çıxarıla bilər.

İstehlakçı mobil telefonu alarkən onun satıcısı ilə maraqlanmalıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir. Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür.

Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə diqqət yetirilməlidir. Belə ki, mobil telefonların müvafiq sənədləri, o cümlədən pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır.

Mobil telefon alarkən mal barədə zəruri və ətraflı məlumatların verilməsini tələb etmək lazımdır. İstehlakçının müraciətinə əsasən, satıcı onu cihaz və onun istifadəsi qaydası ilə tanış etməli və bu zaman cihaz yığılmış texnika hazır vəziyyətdə istehlakçıya nümayiş olunmalıdır. Həmçinin satıcı istehlakçının müşayiəti ilə malın keyfiyyəti, onun komplektliliyi və əmtəəyə aid olan bütün sənədlərin mövcudluğunu yoxlamalıdır.

Keyfiyyətli telefon müvafiq sertifikata malik olmalıdır. Həmçinin saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul IMEI (telefonun fərdi nömrəsi) kodunun yoxlanmasıdır. Belə ki, telefonun korpusunda yazılmış IMEI kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş IMEI kodlar üst-üstə düşmürsə, bu, telefonun orijinal olmadığının göstəricisidir.

Satıcı mal ilə birlikdə istehlakçıya aşağıdakıları təqdim etməlidir:
- Kassa çeki;
- İstehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər;
- Zəmanət talonu.

Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır. Yaxşı olar ki, müraciət yazılı edilsin və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbz olsun. Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ vardır.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, malda, o cümlədən mobil telefonda qüsur aşkar edildiyi təqdirdə istehlakçının aşağıdakı hüquqları mövcuddur:

1.Qüsurun pulsuz aradan qaldırılması və ya qüsurun istehlakçı, yaxud üçüncü şəxs tərəfindən aradan qaldırılması üçün çəkilmiş xərclərin ödənilməsi;
2.Cihazın alış qiymətinin müvafiq məbləğdə azaldılması;
3.Cihazın analoji modelli mala dəyişdirilməsi;
4.Cihazın fərqli modelli mala dəyişdirilərək satış qiymətinin yenidən hesablanması;
5.Alqı-satqı müqaviləsinin ləğvi və ödənilmiş məbləğin geri qaytarılması.

Mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir. Lakin istehlakçı mobil cihazı yerə salmış, yaxud istehlakçının təqsiri ucbatından telefonun daxilinə nəmişlik sızmışdırsa, digər qüsurlar yaranmışdırsa, istehsalçı yaranmış qüsurlara görə, heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir.

İstehlakçı zəmanətli təmir hüququndan istifadəyə üstünlük verdiyi təqdirdə satıcı malı qəbul edərkən zəruri sənədləşdirmə aparılmalı, burada telefonun vəziyyəti, zahiri görkəmi, fiziki zədələrin mövcudluğu, qəbul tarixi, qəbul olunarkən mövcud olan qüsurlar və mağazanın ştampı öz əksini tapmalıdır. İstehlakçıya mütləq malın təhvil verildiyini təsdiq edən sənəd verilməlidir. Bu sənəd adətən akt, qüsur aktı, təmir qəbzi adlandırılır. Həmin sənəd istehlakçıda qalmalıdır və ya aparılan təmir işləri barədə zəmanət talonunda tarixi göstərilməklə dəqiq qeydlər aparılmalıdır. Bunların heç biri olmadıqda telefonda dəfələrlə aparılmış təmir işlərini sübut etmək çətinlik yaradır ki, bu da malın dəyişdirilməsi və ya qaytarılması tələbini irəli sürərkən problem yaradır. Məhz bu səbəbdən də bəzi servis xidməti müəssisələri telefonu təmirdən sonra istehlakçıya təhvil verərkən zəmanət talonunda qeyd aparmır, həmin aktı geri tələb edir.

Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.

İstehlakçılar telefonun zəmanət talonunda əks olunan zəmanət şərtlərinə də fikir verməldirlər. Bir çox hallarda bu şərtlər qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, malın əsas komplektləşdirici hissələrinə zəmanət verilmədiyi, zəmanət talonu itirildikdə, düzgün doldurulmadıqda, zəmanətin ləğv olunduğu və digər qanunsuz şərtlər məcburi istehlakçılara qəbul etdirilir.

Yaddan çıxarmaq lazım deyil ki, zəmanət müddətləri, müqavilə şərtləri ilə bağlı qanunvericiliyin öz tələbləri var və bu tələblərə əməl etmək hər bir sahibkarın borcudur. İstehlakçıların hüquqlarını pozan, bu və ya digər şəkildə məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Mobil telefonların ticarət qaydaları ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müqavilə və zəmanət şərtlərinə xüsusi diqqət yetirir, bu sahədə xüsusi araşdırmalar aparılır, qanunvericiliyə zidd olan müqavilə və zamanət şərtlərinin ləğv edilməsi və ya qanunvericiliyə uyğunlaşdırılması təsərrüfat subyektlərinə veilən icrası məcburi göstərişlərin yerinə yetirilməsi nəticəsində təmin edilir.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6379   Tarix: 28 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942