Xarici mətbuat Azərbaycanın "Eurovision" təşkilatçılığı barədə

Xarici mətbuat Azərbaycanın Bakıda başa çatan "Eurovision-2012" mahnı müsabiqəsi xarici mətbuatda geniş rezonans doğurub.

BiG.AZ xəbər verir ki, xarici KİV-lər müsabiqənin gedişi ilə bağlı məlumatlardan başqa, Azərbaycanın təşkilatlıçığı ilə bağlı xoş sözlər yazıblar.

Belə ki, Frans-Press agentliyi Bakıda möhtəşəm şounun təşkil edildiyini qeyd edib.

Agentlik yazır ki, Azərbaycanın paytaxtı olan Bakı kristal formasında inşa edilmiş "Crystal Hall" səhnəsi ilə olduqca dəbdəbəli şəhərdir.

"Əgər kimsə Bakının parlaqlığa, dəbəbəyə olan sevgisinə şübhə edirsə kifayətdir ki, digər tərəfə boylansın və alov dilləri şəklində olan 3 göydələnə və onun fasadında yanıb-sönən "Eurovision-2012" və bayraq simvoluna tamaşa etsin. Hələ neft buruqları formasında olan və neon işığlarına bürünmüş saatlı qülləni demirik.

"Bakı" Eurovision-2012"ni möhtəşəm şəkildə təşkil etmişdi. "Eurovision" loqotipləri avtobuslarda və yeni London taksilərinə əks edilmişdi. Onları açıq havada olan ekranlarda və dənizkənarı parkdakı bayraqlarda da görmək olardı", deyə materialda qeyd olunub.

Rusiyanın "Ria-Novosti" agentliyi isə yazır ki, "Buranovskiye Babuşki" Azərbaycanda xalqın və mətbuatın sevimlisinə çevrilib.

"Onların hər bir çıxışı böyük ajiotajla müşahidə edilirdi. Elə nənələr özləri də Bakının yaınlığındakı Nardaran qəsəbəsində keçirdikləri günlərin olduqca gözəl olduğunu və azərbaycanlılar qədər qonaqpərvər insanlara daha rast gəlmədiklərini etiraf ediblər".

Rusiyanın digər agentliyi "İTAR-TASS" öz növbəsində belə yazıb: "Şounun əvvəlində tamaşaçılar olduqca parlaq təqdimatın şahidi oldular.

"Burada məşhur muğam ifaçısı Alim Qasıov və "Eurovison-2011"-in qalibləri Ell & Nikki Running Scared mahnısı ilə çıxış ediblər".

Türkiyənin "Hürriyyet" qəzetinin yazarı Ərtoğrul Özkök "Bravo Azərbaycan, belə "Eurovision" başlanğıcı görmədim" başlıqlı yazı dərc edib.

Yazar illərdir mədəniyyət sahəsinin ən möhtəşəm müsabiqələrini izlıdiyini qeyd edib, San Remo festivalının öz yerini "Eurovision"a verdiyini qeyd edib.

Ə.Özkök Bakıda keçirilən yarışmanın möhtəşəmliyini bildirib.

"Mükəmməl salon, mükəmməl rənglər, mükəmməl görüntülər, mükəmməl işıqlar. Siz Avropanın sərhədləri bitən yerdə Türkiyə başlayır deyənlər, baxın estetik xəritə hardan başlayır", deyə yazar vurğulayıb.

Rusiyanın ORT telekanalının süjetində isə deyilir:

"Light your fire" – "Öz məşəlini alovlandır" – bu "Eurovision" mahnı müsabiqəsinin bu ilki şüarı idi. Bakı final gecəsi həqiqətən də "alışıb-yanır". Müsabiqənin finalı yerli vaxtla gecə yarısı başladı, şəhərin mərkəzi siə insanlarla dolu idi. Bunlar "Kristal Zal"-a bilet ala bilməyən insanlar idi.

Buna bamayaraq, ekran qarşısındakı həyəcan səhnə qarşısındakından heç də az deyildi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4102   Tarix: 27 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 633
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 434