"Eurovision-2012"nin ilk finalçıları kimlərdir (Videolar)

8 iddiaçı arasından finala vəsiqə əldə edən 10 ölkə təmsilçisini yaxından tanıyaq

"Eurovision-2012" mahnı müsabiqəsinin ilk yarımfinalı geridə qaldı. Tamaşaçılar və münsiflər arasında keçirilən səsvermənin nəticələrinə görə, Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya təmsilçiləri finala vəsiqə qazandılar.

ANS PRESS, finala vəsiqə qazanan təmsilçilər barədə məlumatı və onların ilk yarımfinaldakı performansını əks etdirən videogörüntüləri təqdim edir:

Mənbə: anspress.com

Rumıniya / "Mandinga": "Mandinga" qrupu 2002-ci ildən fəaliyyət göstərir. Tərkibi 10 musiqiçidən ibarətdir. Qrupun bu vaxtadək 4 musiqi albomu buraxılıb. "Mandinga" Eurovision 2012 şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edir.

Moldova / Paşa Parfeni: Bəstəkar və müğənni Paşa Parfeni (Pasha Parfeny) 1986-cı ildə, mayın 30-da doğulub. O, "Slavyan bazarı" və "Mamaia-2009" müsabiqələrinin qalibidir. 2009, 2010 və 2011-ci illərdə "No Crime", "You should like to show" və "Dorule" mahnıları ilə Moldovanın Eurovision Mahnı Müsabiqəsinin Milli Seçimlərində iştirak edib. Lakin "Lăutar" adlı mahnı ilə Moldovanın Milli Finalının bu il qalibi olub.

İslandiya / Qreta Salome & Yonsi: İslandiya Eurovison 2012-də duetlə təmsil olunur. İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.

Macarıstan / "Compact Disco": Macarıstanın "Compact Disco" rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lotfi, Gábor Pál, Attila Sándor and Csaba Walkódan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarıb. "I’m in Love" adlı mahnısı onlara "Best Hungarian Artist" nominasiyasında MTV "European Music Award"ı qazandırıb. 2012-ci ildə Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində onlar Macarıstanı birlikdə yazdıqları "Sound of our hearts" mahnısı ilə təmsil edirlər.

Danimarka / Soluna Samay: Danimarkanı Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi-2012-də Soluna Samay təmsil edəcək. 1990-cı ildə anadan olan Soluna Samay musiqi karyerasina "Sing Out Loud" musiqi albomu ilə başlayıb. O, Bakı səhnəsində "Should have known better" ("Daha yaxşı tanınmalı idi") mahnısı ilə çıxış edir.

Albaniya / Rona Nişliu: Albaniyanı Eurovision Mahnı Müsabiqəsində Rona Nişliu (Rona Nishliu) təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu möhtəşəm Eurovision səhnəsində "Suus" adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparır.

Kipr / İvi Adamou: Kiprdən 57-ci Eurovision yarışmasında qalibiyyət uğrunda İvi Adamou mübarizə aparır. İvi musiqi karyerasına Yunanıstanın "X-Factor" yarışmasından başlayıb. Onun "Sose me" mahnısı daha çox məşhur olub.

Yunanıstan / Eleftheria: Eleftheria Eleftheriou 1989-cu il, mayın 12-də Kiprdə anadan olub. Səhnədə "Elle" adı ilə də tanınır. O, daha çox Yunanıstanın "The X Factor" televiziya müsabiqəsindən məşhurlaşıb. 2006-cı ildə "Play That Melody To Me" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning" mahnısı ilə Yunanıstanın Eurovision Milli Seçimlərində iştirak edib. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır. O, ölkəsini 57-ci Eurovision Mahnı Müsabiqəsində "Aphrodisiac" mahnısı ilə təmsil edir.

Rusiya / "Buranovskiye babuşki": Rusiyanın "Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis və rus dillərində də mahnılar var. Onlar həmçinin müxtəlif ölkə hitlərini udmurt dilində ifa edir. 2010-cu ildə Rusiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək məqsədilə Milli Seçimlərdə yarışıblar. Lakin onların bu arzusu 2012-ci ildə gerçəkləşib. Qrup Eurovision 2012-də "Party for Everybody" mahnısı ilə çıxış edir.

İrlandiya / "Jedward": İrlandiyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində əkiz qardaşlardan ibarət "Jedward" qrupu təmsil edəcək. Qardaşlar milli seçimlərdə 5 namizəd arasından seçiliblər. Onlar həm tamaşaçıların, həm də münsiflərin rəyi əsasında 114 səslə qalib olub. Qrup Bakı səhnəsində "Waterline" mahnısı ilə çıxış edəcək. "Jedward" pop-dueti Con Qrayms (John Paul Henry Richard Grimes) və Edvard Qrayms (Edward Peter Anthony Kevin Grimes) qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olublar. Duet ilk dəfə "Jedward" adıyla 2009-cu ildə Böyük Britaniyanın "The X Factor" musiqi yarışmasında 6-cı yeri qazanıb. 2011-ci ildə İrlandiyanı Eurovision Mahnı Müsabiqəsində təmsil edərək 8-ci olublar. Bu zamana kimi 2 musiqi albomları işıq üzü görüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4733   Tarix: 23 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390