Bakıda məşhur kinoteatrı çayxana etdilər – VİDEO

Bakıda məşhur kinoteatrı çayxana etdilər – VİDEOBakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən "Bakı" kinoteatrı Sovet dövründə tikilən bir çox kinoteatrlar kimi vaxtilə lazımi şəkildə fəaliyyət göstərirdi.

BiG.AZ bakuws-ə istinadən xəbər verir ki, istər yerli, istər xarici filmlərin afişaları asılan kimi ərazi əhalisi izdihamla kinoteatra axışır, bilet almaq üçün növbəyə düzülərdilər.

Hər kəs kinoteatrda nümayiş olunan istər rəngli, istərsə də ağ-qara filmlərə maraqla baxar, film bitdikdən sonra isə təəssüratlarını bölüşə-bölüşə evlərinə yollanırdılar.

Hətta yeni filmin nümayişindən xəbərsiz olanlara sevinc və maraqla "Bakı" kinoteatrında filan film nümayiş olunur müjdəsini verirdilər.

Beləcə hər gün kinoteatr dolub, boşalardı – amma keçmişdə.

Bəli, yuxarıda təsvir etdiyimiz məqamlar "Bakı" kinoteatrı ilə bağlı keçmişə səyahət idi.

Ancaq elə ki, Sovetlər İttifaqı dağıldı, videomaqnitafonlar ildırım sürətilə yayılmağa başladı, Azərbaycanda olan bir çox kinoteatrlar kimi çöküşü "Bakı" kinoteatrına da siraət etdi.

Artıq orada filmlər əvvəlki kimi nümayiş olunmurdu, izdiham yavaş-yavaş qeybə çəkildi. Qısası, "Bakı" kinoteatrı yetimləşdi. Hətta vaxt keçdikcə kinoteatrın görünüşü belə tamaşaçı niskilindən sanki bədbinləşmiş, bədbəxtləşmiş görkəm aldı. Bu hal bu gün də öz yerində qalır.

Təxmini 1 il əvvəl xəbər yayıldı ki, "Bakı" kinoteatrı söküləcək və yerində yeni univermaq tikiləcək. Lakin xəbər öz əksini tapmadı – kinoteatr hələ də öz nimdaş halı ilə yerindədir. Hətta fəaliyyətni də davam etdirir, ancaq necə...

Necəliyini öyrənmək üçün Bakının vaxtilə məşhur kinoteatrlarından olan "Bakı" kinoteatrına baş çəkdik. İlk öncə öyrəndik ki, hazırda "Bakı" kinoteatrı Əhmədlidə daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Biz "Bakı" kinoteatrına yaxınlaşanda obyekt bağlı idi. Oranı işlədənlərdən öyrəndik ki, kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

İşçilərdən birilə danışıqdan sonra kinoteatra daxil ola bildik. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar, səhnədə isə yaradılan çayxana insanda qəribə abu-hava yaradırdı.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilmişdi. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulmuşdu.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

Bəs "Bakı" kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, "Bakı" kinoteatrı özəlləşdirilib.

"Hazırda nazirlik "Bakı" kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir", - deyə bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 520   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575