Gənc ailələr üçün göstərişlər

Gənc ailələr üçün göstərişlərBəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibi olmağa meyl göstərir. Bəşər tarixinin mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə nə Əflatunun, nə də Marksist məktəbin səyləri bir nəticə verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi qəbilələrdə belə ailə qurumu mövcuddur. Bəşər tarixini açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə gəlmişlər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə təşkili kimi əhəmiyyətli qayda-qanun olmamışdır. İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd bəşər nəslinin davamıdır.

Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin xidmətinə sövq etsin. Kişilər təbiət etibarı ilə qadının, qadınlar isə təbiət etibarı ilə körpələrin və insan nəslinin xidmətçisidir. Alim öz sözünə belə davam edir: "İzdivac bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və davamında ata, ana və övlad arasında mövcud olan bir bağlılıqdır."
Qadın və kişi elə bir formada yaradılmışdır ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz istedadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa sözlə, qadın və kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.

İzdivacdan boyun qaçırıb, bu ilahi sünnəyə əməl etməyənlərin vücudunda bir növ xamlıq qalır və vücudlarının bəzi yönümləri çiçəklənmir.
Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə bir-birinin xidmətində durur, hər biri özünü digərinin asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə zövcələr övladlarının inkişaf və rifahı üçün çalışır və bu yolla "yalnız özü üçün səy göstərmək və özündən başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir qədər azad olurlar. Onların ruhi duyumları və xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir. İnsanın inkişaf və kamilliyi üçün ilkin şərt eqoistlik və xudbinlikdən uzaqlaşmaqdır. Övladla bağlı duyumlar eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur.
İnsanın bir çox ehtiyacları ailədə təmin olunur: həyat ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac, övlad ehtiyacı və s.

QURANI-KƏRIM nəzərindən ailə rabitəsinin əsası

Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. Quran təbirincə: "Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik." Sevgi və mərhəmət üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün cəmiyyət üçün çox xeyirli və bərəkətli təsirləri var.«»
Ailə təməli tənəzzülə məruz qalmış cəmiyyətin aqibəti qaranlıqdır. Belə bir cəmiyyət gec ya tez dağılasıdır.
Deyilənləri nəzərə almaqla ailə təməlinin möhkəmliyinin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.

mənbə: islamazeri.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5125   Tarix: 09 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495