Şou Biznes

[img=default]uploads/1207065085_ROya.jpg[/img]

Müğənni konsertdə canlı ifa deyil, bütün mahnıları fonoqramla oxudu

Martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində Röya "Mən sizə göstərərəm" adlı solo konsertlə çıxış etdi. Konsert elan edildiyindən 1 saat gec başladı. Qeyri-adi yeniliklər və çıxışlar olacağını deyən müğənni vədlərinə əməl etmədi. Sadəcə onu vurğulamaq lazımdır ki, konserti ifadan çox rəqs qrupunun nümayiş etdirdiyi performans bəzədi. Səhnəyə "Unut məni" mahnısı ilə çıxan müğənni tamaşaçı alqışlarına qərq olunsa da, az keçmədi ki, bu alqış və səs-küy röyasevərlərin təəssüfü ilə əvəzləndi. Elə ilk mahnını ifa edərkən texniki nasazlıq baş verərək fonoqram kəsildi. Vəziyyətdən məharətlə çıxan müğənni heç bir qüsur baş verməmiş kimi sırada gələn digər bir mahnısını səsləndirdi. Onu da qeyd edək ki, müğənni konsertdə canlı ifa deyil, bütün mahnıları fonoqramla oxudu. Ritmik mahnılara çox üstünlük verən Röya 17 mahnıdan 4-nü yeni, qalanlarını isə yeni aranjimanda səsləndirdi.
Konsertdən öncə bir neçə dəfə paltar dəyişəcəyini və bunun üçün eksklüziv geyimlər hazırlaycağını deyən müğənni cəmi 4 dəfə geyim dəyişdi. Səhnənin dekorasiya, işıqlandırma və səs avadanlıqlarının xaricdən gətirilməsinə baxmayaraq, səs avadanlığı aşağı səviyyədə idi, müğənninin ifasından başqa hər şey eşidilirdi. Konsertdə daha çox yaddaqalan məqam isə Röya və həmkarları Elnarə ilə Natəvanın birgə "Kimdir nömrə -1?" mahnısını ifa etməsi oldu.

[img=default]uploads/1207065430_aygunnn.jpg[/img]

Bu gündən Aygün Kazımova teleaparıcılığa başlayır

Bu gün Aygün Kazımova "Xeyir ola" verilişi ilə növbəti teleaparıcılıq missiyasına başlayacaq. Həftənin 5 günü efirə çıxacaq verilişdə maraqlı mövzularla tamaşaçılarının görüşünə gələçək müğənni qeyd etdi ki, "Xeyir ola"nın ilk buraxılışı fərqli formatda keçəcək. Belə ki, ilk buraxılışı zarafat günü ilə üst-üstə düşdüyü üçün müğənni verilişə dəvət edəcəyi qonaqlarla zarafat edərək onları aldadacaq.
Əslində layihə çoxdan efirə çıxmalı olsa da, müəyyən səbəblərdən gecikdi. Bunu isə müğənni səviyyəli və rəğbətlə qarşılanan veriliş hazırlaması ilə izah etdi. Onun sözlərinə görə, dekorasiya xaricdən gətirilib və veriliş aparan digər həmkarlarının dekorasiyasından xeyli fərqlidir. Tamaşaçılarının görüşünə müxtəlif geyimlərdə çıxmaq üçün Aygün Kazımova hətta yeni geyimlər hazırlamaq üçün modelyerə də müraciət edib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7854   Tarix: 01 aprel 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467