Məşhur iş adamı müflis olub, kirayə evdə yaşayır: "Uşaqlarımı da məktəbdən çıxarıblar"

Məşhur iş adamı müflis olub, kirayə evdə yaşayır: "Uşaqlarımı da məktəbdən çıxarıblar""Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır"- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Sahib İbrahimov "Yeni Müsavat"a deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: "Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm".

S.İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən danışarkən qeyd edib ki, 11 ildir ona təzminat ödənmir: "Hamı bilir ki, orada nə məhkəmə gedir. 11 ildir ki, təzminatla bağlı müraciət edirik, bizə cavab verən yoxdur. 11 ildir bilmirik ki, bu binanın pulunu kim verəcək, necə verəcək? Teleqram göndəririk cənab prezidentə çatmır, videomüraciət edirik, cənab prezidentə çatmır. İmkan vermirlər ki, gedib prezidentə çatsın. Prezident 3 dəfə göstəriş verib ki, gedib iş adamının təzminatını ödəyin. Ödəmirlər. Biz də prezidentə sözümüzü çatdıra bilmirik. Ona görə də əlacsız qalıb videomüraciət yaymışıq. İnşallah, baxar. Düşünürük ki, bir gün baxar. Nə qədər olar məktubları gizlətmək. Məhkəmə də gedir. Ora gələn zərərçəkənlər məni tanımırlar, məndən şikayətçi də deyillər".

İttiham aktına görə Sahib İbrahimov külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir. İş üzrə 52 zərərçəkən var.

Sahib İbrahimov deyir ki, prezidentə əvvəlki müraciətlərindən sonra ona qarşı addımlar atılıb, susdurulmasına cəhdlər olub. "Bəs son müraciətinizə mənfi və ya müsbət mənada reaksiya varmı" sualına Sahib İbrahimov "Hələlik heç bir reaksiya yoxdur" deyə cavab verib: "Məni susdurmaq üçün üstümə cinayət işi açdılar. Bəlkə susum. Mən videomüraciətimdə də bunu dedim. Ümid edirəm ki, müraciətimə baxılacaq".

Qeyd edək ki, hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 04 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568