"Eurovision 2012″ nin rəsmi açılış mərasimi (Foto, Video)

Bu gün "Eurovision 2012″ mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.
"Mərkəz" in məlumatına görə, təntənəli mərasim "EuroClub"da keçirilib. İştirakçılar bir-bir EuroClub-a gəlib qırmızı xalı üzərindən keçiblər. Türkiyənin Eurovision təmsilçisi Can Bonomo Azərbaycan bayrağını əlində tutaraq EuroClubda toplaşmış azarkeşləri salamlayıb. Azərbaycanı müsabiqədə təmsil edəcək Səbinə Babayeva və Rusiyalı "Buranovskiye babuşki" qrupu azarkeşlər tərəfindən mehribancasına qarşılanıblar. Eurovision-da müvafiq olaraq İrlandiya və Almaniyanı təmsil edən Cedvard və Roman Lob EuroClubda toplaşan fanatlara yaxınlaşıb onlara öz mahnılardan ibarət olan diskləri hədiyyə etdilər və xatirə şəklini çəkiblər. Həmçinin, "EuroClub"un yaxınlığında açıq havada parti təşkil olunub. 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq. May ayının 22-si və 24-də "Eurovision 2012″-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur
yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

mənbə: merkez.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 6205   Tarix: 20 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti