Vərəmli xəstə əsgər aparılıb

Vərəmli xəstə əsgər aparılıbOrduya çağırışla bağlı qanunsuzluqlar davam edir. Bu barədə bugünkü mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov danışıb: "Növbəti çağırış qurbanı Astara rayonunun Miki kəndinin 29 yaşlı sakini İlham Şəfəqqətov oldu. O, hələ 10 il əvvəl Hərbi Komissarlığın komissiyası tərəfindən orduda xidmətə yararsız hesab olunub və hərbi bilet alıb. Amma bu ilinj yanvarında Şəfəqqətov "qeyri-sıravi hərbi qulluğa yararlı" hesab olunub və hərbi hissələrdən birinə aşpaz olaraq xidmətə göndərilib. Yanvarın sonlarından bu günə qədər, yəni xidmət etdiyi dörd ay ərzində o, ümumilikdə 3 ayı hərbi hospitallarda keçirib.

Şəfəqqətov onikibarmaq bağırsağın xorasından, onurğa əyriliyindən, burun çəpərinin əyriliyindən əziyyət çəkir. Bununla belə, onu nədənsə Tərtər rayonuna göndəriblər, bir neçə gün orada xidmət etdikdən sonra o, Gəncə hospitalına düşüb. Bütün xəstəliklər toplusu onun komissiyadan keçirilməsi üçün əsas verir. Lakin bu, baş vermir". Ə.Məmmədov deyib ki, İlhamla birlikdə onun iki qardaşı - 24 yaşlı Faiq və 20 yaşlı Elnur da xidmətə çağırılıb və hər ikisi Tərtər rayonunda xidmət edir: "Elnur ürək və böyrək çatışmazlığından əziyyət çəkir, Faiq isə vərəm xəstəsidir, Astara və Lənkəran vərəm dispanserlərində qeydiyyatdadır. Amma ən dəhşətlisi budur ki, o, hərbi hissədə aşpazdır! Əvvəllər Azərbaycan ordusunda karların və korların xidmət etdiyinə rast gəlinib, indi isə vərəm də peyda oldu".

Mənbə: Musavat.Com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5547   Tarix: 18 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862