"YARAT!" "Birləşən körpülər" adlı orijinal sərgini təqdim edib (Fotolar)

Sərginin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər

Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə "Birləşən körpülər" adlı orijinal sərgi açılıb. AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

"YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verib. O, bildirib ki, rəhbərlik etdiyi təşkilat hələ bir ildən az müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan incəsənəti mühitində özünə yer tuta bilib. Təşkilatın layihələrinin yaradıcı insanlarda maraq doğurduğundan məmnunluğunu ifadə edən Aida Mahmudova bu dəfə "YARAT!"ın sayca üçüncü böyük layihəsində 12 yerli və 13 xarici rəssamın əsərlərinin təqdim olunduğunu diqqətə çatdırıb. O, layihəni mədəni dialoq adlandırmağın mümkünlüyünü qeyd edərək incəsənətin həmişə müxtəlif millətlərin, mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir-birilərini öyrənmələrinə, birləşmələrinə kömək etdiyini vurğulayıb: "İncəsənət, ümumilikdə gözəllik bizim hamımızı birləşdirir. Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu azərbaycanlı və xarici rəssamlar bir araya gəlməmişlər. Beləliklə, "Birləşən körpülər" 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevrilir".

A.Mahmudova iştirakçılara, sərginin Böyük Britaniyadan olan həmkuratoru Adam Vaymuta, layihənin reallaşmasında bütün əməyi olanlara təşəkkürünü bildirib.

Layihədə iştirakından və "YARAT!" kimi təşkilatla birgə işləməkdən qürur duyduğunu söyləyən Adam Vaymut sərgini azərbaycanlı rəssamların dünyadakı müasirləri ilə dialoqu kimi qiymətləndirib. O, bildirib ki, sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız orada iştirak edən nüfuzlu incəsənət xadimləri ilə bağlı deyil. Sərgi həm də Bakının beynəlxalq incəsənət mərkəzləri ilə çiçəklənən əlaqələrini bir daha təsdiqləyir.

Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak etdikləri bu sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Bruce High Quality Foundation, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdirilir.

Sərginin kuratorları - "YARAT!"ın təsisçisi və direktoru Aida Mahmudova və Böyük Britaniyadan olan Adam Vaymut birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edirlər.

Aida Mahmudova və Adam Vaymut karyeraları boyunca müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstəriblər.

"YARAT!" qeyri-kommersiya təşkilatının əsası Aida Mahmudova tərəfindən 2011-ci ilin oktyabrında qoyulub. "Ön söz" adlı ilk sərgisi və hazırda davam edən "012 Baku Public Art Festival" kimi layihələrlə bədii diskussiyalara səbəb olan "YARAT!" bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artırır. "Birləşən körpülər" "YARAT!"ın bütün dünyanın və Azərbaycanın müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha təsdiq edir.

Sərgi həm də Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə üst-üstə düşür. Şübhəsiz, bu mahnı müsabiqəsi Bakıya minlərlə tamaşaçı cəlb edir. Beləliklə, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olur. "YARAT!" ölkəmizin həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaratmaq, onların işlərini məşhur və sevilən beynəlxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycan incəsənətini daha da inkişaf etdirir.

Beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və əlaqələndiricisi Altay Sadıqzadədən başlamış, Azərbaycanı 2007-ci il Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər sərgidə iştirak edən azərbaycanlı rəssamlar da öz beynəlxalq həmkarları kimi geniş təcrübəyə malikdirlər.

Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası da "Birləşən körpülər" sərgisində nümayiş etdirilir. Xan ən çox həm Qərb, həm də islam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltəraşlıq əsərini nümayiş etdirir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı "End of Time" (1941, "Zamanın sonu") əsərinin notları qumla həkk olunub.

"YARAT!"ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. "YARAT!" həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.

"YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru olan Aida Mahmudova rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya qayıdıb. Londonda bir sıra rəssamlarla tanış olan Aida Mahmudova hələ o zaman bu qərara gəlmişdi ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac var. Bu fikir Aida Mahmudovanı Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ruhlandırmışdı. "YARAT!" vasitəsilə Aida Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditoriyalar arasında təbliğ etməyə çalışır.

Təhsilini City and Guilds İncəsənət Məktəbində alan Adam Vaymut sonralar "20 Hoxton Square Projects"in təsisçilərindən biri və dörd ildən artıq layihənin direktoru olub. Daha sonra bir il ərzində Lazarides Çap Qalereyasına başçılıq etmiş və müstəqil olaraq bədii təşkilatlarda və xeyriyyəçilik işlərində yaxından iştirak edib. 2011-ci ildə o, "AdamWaymouthArt"ın əsasını qoymuşdur. Bu, müasir rəssamlar, muzeylər, qalereyalar və özəl şirkətlərlə birlikdə çalışan bədii əlaqələndirmə üzrə məsləhət mərkəzidir. Son altı ay ərzində "Vaymut Pertwee" , "Anderson and Gold" , "the Victoria & Albert Museum", "Shelter", "Flora Fairbairn Projects", "Gazelli Art House", "Parasol Unit and Bold Tendencie" ilə əməkdaşlıq edib.

Sərginin sponsorları "İtaldizain Qrup", "Bakcell", "Rapid Solutions" şirkətləri və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.

Sərgi iyunun 15-dək davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6967   Tarix: 16 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168