Çempion Galatasaray (Fotolar)

İlk "dördlük"də mübarizə aparan komandalardan "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, son dəqiqələrdə trabzonlular bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, "Trabzonspor" Super Liqanın bürünc medallarına sahib çıxıb. "Beşiktaş" isə medalçılar sırasına düşə bilməyib və mövsümü dördüncü pillədə bitirib.
İkinci oyun günündə azarkeşləri daha maraqlı qarşılaşma gözləyirdi. Çempionluğun taleyini həll edəcək matçda lider "Galatasaray" əsas izləyicisi olan "Fənərbağça"nin qonağı idi. Bu görüşdə qələbə qazanacaq komanda Super Liqanın çempionu olacaqdı. Lakin "Galatasaray"a bu yolda hətta heç-heçə də kifayət edirdi. "Cim-bom"lular məhz minimum vəzifənin öhdəsindən gəlməklə qızıl medallara sahib çıxıblar.
Bu arada oyunun keçirildiyi Kadıköydə «Fənərbağça» tərəfdarları ilə polis arasında gərginlik yaşanib. Stadionda qaz bombasının partlaması səbəbindən kubok 3 saat gecikme ile "Qalatasaray"a təqdim edildi.Əvvəlcə Türkiyə Futbol Federasiyası (TFF) futbol meydanında yaşanan olaylar səbəbindən kuboku «Qalatasaray»a soyunub-geyinmə otağında təqdim etmək fikrindəydi. Amma çempionun rəhbərliyi bunu qəbul etməyib.
«Qalatasaray»ın rəhbərliyindən Abdürrəhim Albayrak TFF-in başçısı Yıldırım Demiröreni əlində kubokla görüncə deyib:
«Bütün mövsüm sahədə mücadilə etdik. Kuboku da sahədə almaq istəyirik».
Klubun baş məşqçisi Fatih Terim də TRT-yə açıqlamasında kubokun soyunub-geyinmə otağında verilməsinin qəbuledilməz olduğunu bildirib.
Abdürrahim Albayrak Türkiyənin baş naziri Recep Tayyib Erdoğana zəng vurub. Baş nazirin təlimatıyla kubok "Qalatasaray"a sahədə təqdim olundu.

Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)Çempion Galatasaray (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7635   Tarix: 13 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş