"Eurovision 2012" haqqında ən son xəbərlər

"Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz Eurovision Mətbuat Mərkəzləri arasında ən yaxşısıdır"

"Mən hamını-nümayəndə heyətlərini, media mənsublarını və fanları Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012-də salamlayıram. Çalışın bu hadisədən həzz alın". Bunu eurovision.az saytına açıqlamasında Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri (Event supervisor) Sietse Bakker deyib. S.Bakker mayın 13-dən etibarən pressa üçün istifadəyə veriləcək Mətbuat Mərkəzinin üstünlüklərindən də danışıb. "Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz Eurovision Mətbuat Mərkəzləri arasında ən yaxşısıdır".

O, qarşıdakı bir neçə həftə ərzində Bakıya gələn şəxslərin Eurovision 2012-yə hazırlıqlardan, Bakıda gördüklərindən məmnun qalacaqlarını bildirib.

"Sinplus" qrupu Bakıdadır

İsveçrə təmsilçiləri mayın 13-də ilk məşqini edəcək
Bakıya gələn İsveçrə təmsilçisi "Sinplus" qrupu ilk təəssüratları bizimlə bölüşüb. Qrup üzvləri mayın 14-də Bakıda canlı konsert verəcək. Bu gün isə onlar ilk məşqlərini edəcək.

Fanatları "Jedward"ı hava limanında coşqu ilə qarşılayıb

Yunanıstan təmsilçisi isə ad gününün ilk hədiyyəsini Bakıda alıb

Eurovision Mahnı Müsabiqəsi 2012-nin təmsilçiləri artıq Bakıya gəlməkdədir. Bu gecə İsveçrə, İrlandiya, Finlandiya, Yunanıstan, Belarus təmsilçiləri Eurovision 2012-nin paytaxtına gəlib. Fanatları İrlandiya təmsilçiləri "Jedward"ı Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılayıb. Ad gününü qeyd edən Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou isə Bakıda ilk hədiyyəsini də alıb. Hava limanında müğənnini sürprizlə qarşılayan fanatları ona gül dəstəsi hədiyyə ediblər.

"Mən Əzizə Mustafazadənin mahnılarını dinləyirəm"

"Bakı Kristal Zalı"nda olan Monteneqro təmsilçisi eurovision.az saytı üçün müsahibə verib
"Pərəstişkarımın olub-olmadığını bilmirəm. Amma bir pərəstişkarım belə varsa, onu salamlayıram". Bunu Monteneqronun Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Rambo Amadeus bildirib. Mayın 13-də "Bakı Kristal Zalı"nda ilk məşq edəcək Rambo Amadeus bir gün əvvəl arenada olub və eurovision.az saytına müsahibə verib. O, Azərbaycanın caz ifaçısı Əzizə Mustafazadəni çox bəyəndiyini bildirib. "Eurovision mahnılarındansa, Əzizə Mustafazadəni dinləyirəm" - deyə Monteneqro təmsilçisi qeyd edib.

"Müsabiqənin favoriti biz və Anqundur"

"Sinplus" Bakıda bir neçə məkanda səhnəyə çıxacaq

"Bakıda olduğumuz müddətdə həm də gözəl istirahət etmək, Azərbaycanı yaxşı tanımaq istəyirik." İsveçrənin Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi "Sinplus" qrupunun üzvləri belə deyiblər. Bakıya şəxsi stilistləri ilə gələn qardaşları "Bakı Kristal Zalı"nda 4 nəfər müşaiyət edəcək. Özlərini və Fransa təmsilçisi Anqunu (Anggun) müsabiqənin favoriti sayan İsveçrə təmsilçiləri eurovisioan.az saytına müsahibələrində Bakıda daha bir neçə səhnədə konsert verəcəklərini açıqlayıblar.

Sinplus: İsveçrəsayağı Unbreakable partisi olacaq

Eleftheria Bakıda sürprizlə qarşılaşdı

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

İrlandiya təmsilçiləri hava limanından pərəstişkarlarına belə səslənib

İrlandiyanı bu il Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil edən "Jedward" yarışma öncəsi ilk rəsmi müsahibələrində şou həyəcanlarını paylaşıblar. Edvard Bakının "Alov qəsri"ndən heyrətləndiyini dilə gətirib. John və Edvard hava limanında onları qarşılayan pərəstişkarlarına əsl şou nümayiş etdirib. Onlar birlikdə şəkil çəkdirib, eləcə də mahnı oxuyublar. "Azərbaycanın "Jedward"a səs verməsini istəyirik. Siz kimə səs verəcəksiniz?! "Jedward"a. Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!". Xatırladaq ki, İrlandiya təmsilçiləri ilk məşqlərini etmək üçün mayın 14-də saat 15:10-da "Bakı Kristal Zalı" səhnəsinə çıxacaq. "Jedward" qardaşlarının hava limanındakı qarşılanma mərasimindən görüntülərini təqdim edirik.

"Xəzər dənizinə səyahət etmək istəyirəm"

Monteneqronun Eurovision 2012 təmsilçisinin ilk mətbuat konfransı olub

Bu gün Monteneqronun Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Rambo Amadeusun mətbuat konfransı keçirilib. Peşəkar dənizçi olan Rambo Amadeus "Bakı Kristal Zalı"nın yaxınlığındakı Xəzər dənizində səyahət etmək arzusunda olduğunu deyib.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçirildiyi "Bakı Kritsal Zalı"nın səhnəsinin böyüklüyündən də danışan Rambo, Eurovision səhnəsinin təsəvvür etdiyi kimi olduğunu deyib.

"Bu bir mahnı müsabiqəsidir və hər şey çox gözəldir" - deyə Rambo Amadeus bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5888   Tarix: 13 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495