Dahilərdən dahi cümlələr | Franz Kafka - Aforizmlər

Dahilərdən dahi cümlələr | Franz Kafka - AforizmlərBu aforizmləri Frans Kafka 1917-1920-ci illər ərzində yazıb. Təəssüf ki, digər yazıları kimi bu aforizmlər də yarımçıq qalıb. Aforizmləri yazdığı dövr F. Kafka ömrünün ən ağır, çətin günləri hesab olunur. Çünki o vaxt F. Kafka təzəcə vərəm olduğunu öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda, uzun illər işlədiyi Siğorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideynləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xususi bir diqqətlə aforizmləri yazmağı sübut edir ki, o bu yazıları çap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız dostu Brod olmasaydı, onun aforizmləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun "xəyanətini" alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: "Brod dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın..."

Aforizmlər

1. Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.

2. Şəhvani eşq ilahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça ilahi eşq olduğuna görə də eləyə bilər.

3. Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.

4. Ölüm sinif divarından asılmış "İsgəndər müharibəsi" kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.

5. Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.

6. Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.

7. Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.

8. Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

9. Dünya ilə öz müharibən vaxtı dünyanın tərəfində ol.

10. Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.

11. İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməllikdir yəni hərəkətsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir.

12. İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəlik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər. Amma bəlkə də əsas bir günahı var insanların: Səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbrsizlyə görə də qayıda bilmirlər.

13. Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.

14. Qəfəslərin biri quş axtarmağa gedib.

15. Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.

16. Müsbət hərəkət eləməyi bizdən xahiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.

17. Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünki göy üzü qarğaların yoxluğu deməkdir.

18. Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.

19. İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5484   Tarix: 13 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490