Sevginin tibbi təhlili

Sevginin tibbi təhlili1. Sevgi kokainə oxşardır. Əgər aşiq insanın beyininin tomoqrafiyasını etsək, maraqlı bir görünüş ortaya çıxacaq: onda bu ada reaksiya verən iki zona çox güclü həyəcanlanacaq. Alimlər bunu həzz hissinnə səbəb olan maddə- dofaminin yüksəldilmiş dozalarının təsiriylə izah edirlər. Maraqlıdır ki, belə güclə beyinin bu zonaları yalnız kokainə reaksiya verir.

2. Sevgi sağ qalma üsuludur. Uzunmüddətli cütlük şəkilində formalaşan canlıların münasibətlərində üç mərhələ var: arzu, həvəs, bağlılıq. Arzu — bu hansısa seksual duruma yönəlməyib. Həvəs — bu konkret obyektdə təsbitdir. Bağlılıq — artımın uzunmüddətli proqramına hesablanmış möhkəm əlaqədir. Alimlər əmin oldular ki, insanlarda romantik sevgi — bu canlılarda həvəsin şəkli dəyişmiş formasıdır. O sağ qalma üsulu kimi bizim əcdadlarımızdan gəlib. Başqa sözlə, sevgi bir partnyora nail olmaqla, nəsli dağıtmaq üçün yox onu davam etdirmək məqsədi ilə yaranır.

3. Sevgi 1 il yarımdan 3 ilə qədər davam edir. Burada bioloji məna var: belə müddət birinci növbədə atanın iştirakına zəmanət verir, bizim əcdadlarımızdan hələ ana və uşaqların həyatlarının ən çətin anlarında müxtəlif maneələr olurdu. Ancaq maneələr olduğu halda, sevgi əhəmiyyətli dərəcədə daha uzunmüddətli davam edə bilər.

4. Sevgi kordur. Alman tədqiqatçısı Andreas Bartel-in etdiyi tətqiqatlarda beyinin araşdırması zamanı müəyyən etmişdiki beyinin aktiv zonası sevənlərdə daha passiv şəkildədir və yaxud da o yatmış şəkildədir. Bu neqativ emosiyaların və rasional qərarlar zonalarıdır.
5. Depressiya haradan yaranır. Sevgidə bəxti gətirməyən insanlar iki mərhələ keçirlər. Əvvəlcə dofaminin səviyyəsi daha güclü yüksəlir. Qəzəb və sevgi zamanı belə doza nəticəsi normaldır. Amma gec-tez ikinci mərhələ başlayır dofamin orta səviyyədən aşağı düşür, nəticədə depressiya yaranır
6. Sevgi — bu asılılıqdır. Təsir görə sevgi kokainə oxşardır, alimlər narkotik aslılığı kimi bədbəxt sevgini də müalicə etməyi məsləhət görürlər. Bütün xatırlatmaları aradan götürmək lazımdır — məsələn fotoları atmaq, zəng etməmək və tamamilə yeni nəyləsə məşğul olmaq. Yəni restat etmək.
7. Sevgini dərmanlarla müalicə etmək olar. Manyaklarda olduğu kimi aşıqlər öz hərəkətlərinə nəzarət etmirlər, onların qanında ciddi kimyəvi dəyişikliklər başlayır. Onlarda ən əhəmiyyətli hormonlardan biri olan serotonin güclü şəkildə aşağı düşür. Alimlər bunda dofamin gunahlandırırlar: hansı ki bu bizi dəliliklərə itələyən təbii narkotikdir, bu da bizim kontrol sistemimizi nəzarətdən çıxarır. Belə sevgini isə Amerikada ciddi olaraq müalicə etməi planlaşdırırlar.

8. Serotonin sevgini öldürür. Əgər siçana böyük dozada serotonin versək, o öz daimi partnyorunu rədd edəcək və kiminlə gəldi cütləşməyə başlayacaq. Bunu belə izah edirlər: serotonin dofaminin səviyyəsini aşağı salır və eyni zamanda da sevgini. Xatırlamaq əhəmiyyətlidir ki, serotoninin səviyyəsi müasir antidepressantların təsiri altında yüksəlir.

9. Yenilik sevgini xilas edir. Yad ölkəyə gəlib, yad mehmanxanada olumaq, çox cütlükləri yenidən sevgi sahəsində "dəliliklər" etməyə məcbur edir. Beyində istənilən yeniliyə cavab olaraq yüksək konsentrasiyalarda dofamin ayrılır və o köhnə elektrik zəncirlərini oyatmağı bacarır. Ümumiyyətlə, amerika psixoloqları həftədə bir dəfən axşam görüşünü qaydaya salmağı məsləhət görürlər. Ama həmişə eyni restorana getmək olmaz. Yenilik axtarmaq lazımdır.

10. Kişilər gözlərilə sevirlər. Aşiq olma dövründə kişilərdə böyük yarımkürələr qabığında yerləşən görmə mərkəzi daha aktiv olur. Ona görə əbəs danışmırlar ki, kişilər gözlərlə sevirlər. Qadınlarda ən çox aktiv olan sahələri isə: instinktdir, onlar bir neçə həftə ərzində partnyorun davranışını yadda saxlayır, və sonra alınmış informasiyanı leyhinə və yaxud da əleyhinə olduğunu təhlil edir . Nəticədə qadınlar sevgi romanının birinci mərhələsini çox yaxşı xatırlayırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 6892   Tarix: 10 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti