Bax belə bir şeydir ürək yanğısı

Bax belə bir şeydir ürək yanğısıSən həyatıma gələn günü çətin qəbul etmişdim.Heç kimi sevməmişdim sən gələnə qədər. Gəlişin məndə həm özümə olan inamı artırdı, həm də boynuma böyük bir yük qoydu. İlk əvvəl hər şey çətin idi, öyrəşə bilmirdim. Bəs onda məni nə məcbur edirdi səni sevməyə!? Bilmirəm.....Bəlkə də özümün də xəbəri olmadan sevmişdim səni...

Aylar gəlib keçdi. Məni o qədər çox sevirdin ki, bu sevgi ayaqlarımı yerdən üzmüşdü. Hamı heyrətlə baxırdı bu sevgiyə. Yəni bu sevgi bir gün bitərmiş? Hə, demək bitərmiş...

Zaman keçir və insan çox şeyləri, çox söhbətləri paylaşır. Qarşısındakı insan artıq sənə sahibin kimi davranır.Sevgi zamanla azalır.Və sən bundan narahat olursan.Özünə bunları deyəndə "Bəsdir, uşaqlıq eləmə.Mən səni çox sevirəm" deyir.

Qadınlar, ümumiyyətlə, kişilərdən daha çox sevgi gözləyirlər. İlk öncə öz dediyi kimi "əldə" edənə qədər can atır, sonra artıq əmin olduqdan sonra hər şey adiləşir.

Və buna insan bir müddət dözür, dözür, amma sonra partlayır. Ürək qırılır... Ürək qırılmağı nədir, bilən var?! Mən bilirəm. İnsanın içi yanır, sanki kimsə ürəyinə yanar bir od salır. Hec bir gülməli söhbət səni güldürə bilmir,ürəyin qan ağlayarkən gülmək mümkün olmur. Qurduğun planlar yadına düşür, yanırsan. Yer tapmırsan özünə... Bax, belə bir şeydir ürək yanğısı, hələ bundan da betərdir. Anlamaq üçün bunu yaşamaq lazımdır. Amma sizə arzu etmirəm... Çünki sevgi gözəl bir duyğudur. Çox özəldir. Mənalıdır. Yaşlı bir insan belə 50 yaşında, 60 yaşında sevə bilir. Sevginin yaşı, vaxtı yoxdur. Anidən gəlir və anidən də gedir... Bu da son...


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 13906   Tarix: 14 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş