ХХ əsrdə 3 dəfə еrməni təcavüzünün qurbanı olmuş şəhər

ХХ əsrdə 3 dəfə еrməni təcavüzünün qurbanı olmuş şəhər1750-ci ildə Qarabağın ən səfalı guşəsində bünövrəsi qoyulan Şuşa şəhəri Pənah xanın şərəfinə «Pənahabad» adlandırılır. Şuşa –Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də görkəmli və istedadlı şəxsiyyətlərin, sənətkarların, yazıçıların, bəstəkarların, xanəndələrin vətənidir. Şuşa Azərbaycan mədəniyyətinə Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Mir Möhsün Nəvvab, Xarrat Qulu, Sadıqcan, Seyid Şuşinski, Üzeyir Hacıbəyov, Bülbül, Zülfi Adıgözəlov, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov kimi dahi sənətkarlar bəxş etmişdir.

Şuşa ХХ əsrdə 3 dəfə еrməni təcavüzünün qurbanı оlmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri еrmənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin хеyli hissəsi еrmənilər tərəfindən dağıdılmışdır.

3-cü dəfə isə Şuşa şəhəri 1992-ci may ayının 8-də erməni işğalçılarının hərbi təcavüzünə məruz qaldı. Müharibə nəticəsində Şuşa şəhərindən 195 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid o, 165 nəfər əlil olmuşdur.

Milli Qəhrəmanların sayı 4 nəfərdir. İşğala qədər şəhərdə bir sıra sənaye obyektləri, nəqliyyat və toxuculuq müəssisələri, kurort kompleksləri, təhsil ocaqları, tibb, mədəniyyət sahəsi üzrə müxtəlif idarə və müəssisələr fəaliyyət göstərirdi. Şərqdə yeganə olan "Şərq musiqi alətləri fabriki" də işğaldan sonra öz fəaliyyətini dayandırdı.

Şəhərin 300-ə qədər mədəniyyət və tarixi abidələri erməni vandalizminin qurbanı oldu. Eşitdiyimə görə, Şuşada 17 məhəllə, hər məhəllənin də öz bulağı və hamamı olub. Məhəllənin adları: Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dördlər Qurdu, Dörd Çinar, Çöl Qala, Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə, Xocamircanlı.09 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" Sərəncam bir daha ermənilərin simasızlığını, təcavüzkarlğlını bütün dünyaya bəyan edəcəkdir. Mən öz yurduma, doğma şəhərimə qovuşmaq, xəyallarımda yaşatdığım, əvəzsiz mədəniyyət ocağı, muğamın beşiyi sayılan Şuşada gələcəyin psixoloqu kimi fəaliyyət göstərmək istəyirəm. Ulu öndərimiz həmişə Şuşaya böyük qayğı göstərmişdir, müxtəlif səfərlər etmişdir. Şuşaya olan sonsuz məhəbbətin təzahürü idi ki, ümummilli lider Heydər Əliyev demişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Şuşa-Qarabağın mənəvi paytaxtı kimi öz sakinlərini ağuşuna alacaqdır! O gün gələcəkdir!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2211   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163