Cocuqların günahı nə?..

Cocuqların günahı nə?..Cinsi zorakılığa məruz qalan kimsəsizlər…

Kimsəsiz və küçədə yaşayan uşaqlar həmişə narahatlığa səbəb olan məsələ olaraq qalır. Hər zaman da onun həlli üçün müəyyən addımlar atmağa ehtiyac var. Bu dəfə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu və "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin dəstəyi ilə respublikanın 11 şəhər və rayonunda 2011-ci ildə "Küçə uşaqlarının vəziyyətinin təhlili" layihəsini həyata keçiriblər. Layihənin icrası zamanı Azərbaycanda 438 küçə uşağının olduğu ortaya çıxıb.
Həmin layihənin nəticələrini təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, küçə uşaqlarının 403-ü Bakıda, 10-u Lənkəranda, 5-i Xaçmazda, 5-i Sumqayıtda, 2-si Gəncədə, 10-u Yevlaxda, 3-ü Şirvanda aşkarlanıb.
Tədqiqata cəlb edilmiş küçə uşaqlarının orta yaşı 14,4 olub. Bu uşaqların 85,6 faizini yerli ailələrdən, 3 faizini məcburi köçkün ailələrindən, 11,4 faizini digər ölkələrdən olan uşaqlar təşkil edib.

Kimsəsiz uşaqlar cinsi zorakılığa məruz qalır

Qeyd edək ki, respondentlərin 33,6 faizi tam, 50,9 faizi natamam ailədən, 10 faizi valideynsiz, 4,8 faizi tənha (heç kimi olmayan) ailələrdən olan uşaqlar olub. Sorğu nəticəsində məlum olub ki, küçə uşaqlarının ailələrinin başçılarının 23,6 faizi fəhlə, 21,9 faizi dilənçi, 18,2 faizi xadimə, 12,2 faizi xırda ticarətçi olub. Respondentlərin 11 nəfəri isə cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafanın sözlərinə görə, Azərbaycan çox yüksək səviyyədə inkişaf edir və bu inkişaf tempinə görə dünyada aparıcı yerlərdən birini tutur: "Sürətli inkişaf nəticəsində bir çox mənfi nəticələr də əldə edilir. Küçə uşaqları da bu mənfi təsirlərdən biridir. Təəssüflər olsun ki, bu məfhum bütün dünyada hələ də mövcuddur. Çox şadam ki, Azərbaycan hökuməti bu problemin həlli üçün tədbirlər görmək niyyətindədir. YUNİSEF-də buna öz dəstəyini göstərir".
Bu layihəni Azərbaycan hökuməti ilə əməkdaşlığın bariz nümunəsi sayan YUNİSEF nümayəndəsi layihənin hesabatına istinadən bildirib ki, küçə uşaqlarının 90 faizi Bakıda yaşayır. Küçə uşaqlarının bəzilərinin ya tam, ya da natamam olaraq ailəsi yoxdur. Bəziləri isə kasıblıqla üzləşən ailələrdəndir.
"Bu uşaqlar küçədədirlər, onların bəziləri maşın yuyur, bəziləri dilənçilik edir. Amma uşaqlar bu işləri görməli deyillər", – YUNİSEF rəsmisi bildirib. Onun sözlərinə görə, Dövlət Komitəsi küçə uşaqları ilə bağlı tövsiyələr hazırlayıb. Tövsiyələrdə küçə uşaqlarının vəziyyətinin sistematik təhlil edilməsi, bu uşaqların müdafiəsi üçün siyasətin müəyyənləşdirilməsi, tədbirlərin görülməsi, onlara səhiyyə və digər sosial xidmətlərin göstərilməsi qeyd olunur. Bu problemin həlli üçün ailələrə dəstək göstərilməsinin vacibliyi də qeyd edilib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Bəylər Abbasov bildirir ki, vəziyyət 10 il əvvəllə müqayisədə elə də acınacaqlı deyil. Amma bununla belə, tədbirlərin görülməsinə ehtiyac var. B.Abbasovun sözlərinə görə, qanunvericilikdə valideynlərə qarşı sərt tədbirlər nəzərdə tutulmadığı üçün küçələrdən yığılıb ailələrə verilən uşaqlar bir müddət sonra yenidən küçə həyatına qayıdırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva isə qeyd edib ki, Azərbaycanda uşaqlarla bağlı qanunvericilik formalaşdırılıb. Amma müəyyən boşluqlar olduğu üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. A.Sofiyeva qanunvericiliyə valideyn məsuliyyətinin artırılması ilə bağlı dəyişikliklərin edilməsini vacib sayıb.
Bəs belə uşaqlarda hansı psixi problemlər yaranır və özünü gələcəkdə necə büruzə verir? Kimsəsiz uşaqların cəmiyyətdən təcrid olmaması üçün bir fərd və toplu olaraq nə etməliyik? Bu və bu kimi suallarımızı psixoloq Taryel Faziloğlu cavablandırdı. Onun sözlərinə görə, ev-eşiksiz, kimsəsiz böyüyən uşaqlarda bir aqressiya olur və nifrət dolu bir yaşam tərzi formalaşır: "Psixika onlarda həddən artıq travmalı olur. O insanlarda cəmiyyətə, ətrafdakı insanlara qarşı neqativ bir düşüncə tərzi yaranır. Belə əhvali-ruhiyyəyə köklənirlər. Bu da onların yaşamalı olduqları həyatdan, görməli olduqları qayğıdan, məhrumiyyətlərindən irəli gələn amildir". Psixoloq bildirir ki, ümumiyyətlə, insanın normal psixikaya malik olması üçün normaya uyğun da həyat tərzi keçirməli, lazım olan diqqət və qayğını görməlidir: "Onu görmədikdə və ya həddən artıq gördükdə, elə hər iki halda insanlarda psixi pozğunluqlar yaranmağa başlayır. Onlarda insanlara, hətta təbiətə qarşı bir aqressiya hiss olunur. Uşaqlar da böyüdükcə, həyatı daha yaxşı dərk etdikcə həmin aqresiya da inkişaf edir, ürəklərində və beyinlərində bir ağırlığa çevrilir. Gələcəkdə də onların törətdiyi əməllər daha çox neqativ yöndə olur. Əsasən də cinayətə meylli olurlar".
Müsahibimiz belə uşaqların cinsi zorakılığa məruz qalmasının yaradacağı fəsadlardan da danışdı: "Cinsi zorakılığa məruz qalmaları isə artıq onların bir şəxsiyyət kimi formalaşa bilmə ehtimalını da ortadan qaldırır. Belə ki, o qədər çətinliyin, yaşadıqları iztirabın, məhrumiyyətin qarşısında özlərini toplayıb bir şəxsiyyət kimi yetişmələrinə bir şans ola bilər. Ancaq bu şəkildə zorakılıq halları buna çox ciddi şəkildə mane olur. Demək olar ki, o şansı yox edir. Bu da həmin uşaqların gələcəkdə hətta psixopat dərəcəsinə çatmasına, bir manyak davranışları etməsinə belə səbəb ola bilir. Çox vaxt kriminal hadisələrdə belə keçmiş yaşayan insanlara təsadüf edirik".
Həmsöhbətimiz qeyd edir ki, həm hüquqi, həm də psixoloji formada bu məsələnin həlli olmalıdır: "İlk növbədə, küçədə yaşayan kimsəsiz uşaqların hamısı aşkarlanıb dövlət tərəfindən himayə olunmalıdır. Bu, vacib və əsas şərtlərdən biridir. Kimsəsiz uşaqlar ailə qayğısından, sevgisindən məhrum olsa belə, dövlətin diqqətini görməsi özü onların həyatı üçün çox təsiredici amildir. Adicə isti bir yataqla, yeyəcək qida ilə təmin olunmaları onların keçirə biləcəyi travmanın qarşısını ala bilər. Psixoloji anlamda yanaşma isə bizi onlara inamsızlıqdan, itələyici olmaqdan çəkindirməlidir. Biz onlara daha mehriban şəkildə, qayğıyla, sevgiylə yanaşmalıyıq. Onları yad, oğru, quldur, cinayətkar gözündə görməməliyik. Sadəcə olaraq, onlara uşaq kimi baxmalıyıq. Ətrafımızdakı tanış, xətrini istədiyimiz insanlar kimi qəbul etməliyik. Öz övladlarımıza göstərdiyimiz sevgi və qayğıdan o uşaqlara da pay ayırmalıyıq ki, onlar da özlərinə və cəmiyyətə inam duya bilsinlər, bu hissi itirməsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3000   Tarix: 28 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704