"Tünzalədən reytinq qazanmayın" deyən aktrisadan AÇIQLAMA

"Tünzalədən reytinq qazanmayın" deyən aktrisadan AÇIQLAMAƏməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın Milli.Az-a müsahibəsi.

Xəbər verdiyimiz kimi əməkdar incəsənət xadimi Məlahət Abbasova tanınmış teleaparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişini tənqid edərək, "Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" ifadəsini işlətmişdi. Milli.Az-a müsahibə verən aktrisa dediyi sözlərin "Bizimləsən" verilişinə aid olmadığını bildirib:

"2 gün öncə mən bu məsələ ilə bağlı Zaur Baxşəliyevlə danışdım. Çünki mənə bu xəbəri də elə Zaur verdi. Mətbuatda çıxan xəbərlərdən inanılmaz dərəcədə pis oldum. Yenə də sözümün üstündə dayanıram, heç nə dəyişmir. Amma mənim söylədiyim sözlərin həqiqətən də "Bizimləsən"lə, ATV ilə, Zaur Baxşəliyevlə heç bir əlaqəsi yoxdur. Mən Tünzalə xanımın ağlamağını instaqram səhifələrində, saytlarda gördüm. Hər 2 dəqiqədən bir bu görüntülər qabağıma çıxırdı.

Tünzalə xanımı kameraların qabağında yazıq vəziyyətində görüb, həmin görüntülərə rəy yazdım. Amma o rəyi yazanda bilmirdim ki, həmin veriliş ATV-də gedib. Zaur ümumiyyətlə o kadrlarda yox idi. Mən bilsəydim ki, həmin veriliş "Bizimləsən" verilişidir sözümü elə deyərdim ki, Zaurun da xətrinə dəyməzdi. Mən bu xəstəliyə qarşı çox həssasam. Mənim hal-hazırda iki rəfiqəm bu xəstəlikdən əziyyət çəkir. Anamda da 6 il öncə bu xəstəlik aşkarlanmışdı, əməliyyat olunandan sonra yaxşı oldu.

Qaynımın həyat yoldaşı 39 yaşında bu xəstəlikdən dünyasını dəyişdi. Bu cür xəstələrin mütləq əhval-ruhiyyəsi yaxşı olmalıdır. Verilişə gələn məşhurlar onu qucaqlayıb ağlayırlar. Mən əslində həmin məşhurlara etirazımı bildirmişəm. Nə olar, Tünzaləni ağlatmayın! Çox üzülürəm ki, mənim sözlərim yalnış anlaşılıb. Türkiyədə qucaqlaşıb ağlamırlar, yardım konsertləri təşkil edirlər, pul toplayırlar. Zaur mənim canımdır, ciyərimdir. Mən onun bu yardımsevər proqramına qarşı heç vaxt çıxmaram. Türkiyədə Zaurun xəstəxanalara gedib, xəstələrə baş çəkdiyinin şahidi olmuşam.

- Zaur Baxşəliyev sizdən inciyib?

- Zaur əslində incimədi, sadəcə dedi ki, Məlahət sən mənə nə desən də biz dostuq, çörək kəsmişik. Bu sözlər bizim aramızı vura bilməz. Mən də and içdim ki, Zaur vallah mənim baxdığım görüntülərdə heç ATV kanalının loqosu yox idi. Bəlkə də olub, amma diqqət etməmişəm.

- Tünzalə xanıma yardım edəcəksiniz?

- Tünzalə xanımın xəstə olduğunu biləndə hətta ona mesaj da yazdım, Allahdan şəfa dilədim. Baxmayaraq ki, onunla həyatda tanış deyildim. Əlbəttə ki, mən də yardım edəcəyəm, yardım gecələri təşkil edəcəyəm. Adına açılan hesabdan da köməklik edəcəyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 292
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 104
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 228
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1036
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 590
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 307
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1282
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 145
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 179