Bakını su basmasın deyə "Azərsu"ya ayrılmış 14,7 milyon vəsaitlə hansı işlər görülüb?

Bakını su basmasın deyə "Azərsu"ya ayrılmış 14,7 milyon vəsaitlə hansı işlər görülüb?2017-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirməyə başlamışdı.

Bunun üçün dövlət büdcəsindən quruma 14,7 milyon manat vəsait ayrılmışdı. Lakin ötən gün yağan yağış həyata keçirilən layihələrin yetərsiz olduğunu göstərdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov da subasma ilə əlaqədar verdiyi açıqlamada "Azərsu"nun fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O, müstəqil qurum olan "Azərsu" ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi səbəbindən paytaxtın su altında qaldığını bildirib.

Maraqlıdır ki, "Azərsu" ASC-yə ayrılan 14,7 milyon manat vəsaitlə ötən 1 il ərzində hansı işlər həyata keçirib?

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dünən baş vermiş hadisəni yağıntı miqdarının normadan 2 dəfə artq düşməsi ilə əlaqələndirib:

""Azərsu" ASC-nin Neftçilər prospekti istiqamətində 3 təxliyə xətti var. Yəni, belə güclü yağışlarda biz ondan istifadə edərək, suyu dənizə axıdırıq. Onun biri Azadlıq prospektində, biri Səməd Vurğun, digəri isə Yusif Məmmədəliyev küçəsindədir. Azadlıqla Səməd Vurğundakını dərhal açmışıq, Yusif Məmmədəliyev küçəsindəki təxliyə xəttində isə çox qısa müddətli, təxminən 10-15 dəqiqəlik gecikmə olub. Bu da arxadan gələn suyun təzyiqi ilə əlaqədardır. Biz vaxtında bu təxliyə xətlərini açmaqla Neftçilər prospektini, Sahil metrosunu subasmadan xilas etmişik. Dünənki subasmanın isə yegəna səbəbi qısa müddətdə həddən artıq yağışın yağmasıdır. Təkcə Montinə 20-25 dəqiqə ərzində aylıq normanın 2 misli, yəni 37 millimetr yağıntı düşüb. Bunun "Azərsu"nun təxliyyə xətlərinin gec açılması ilə heç bir əlaqəsi yoxdur.

Qurum rəsmisi Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 14,7 milyon manat vəsaitin xərclənməsinə də aydınlıq gətirib. O, dövlət büdcəsindən ayrılan vəsaitlə 14 layihənin uğurla həyata keçirildiyini qeyd edib:

"Biri ən problemli Binəqədi şosesidir ki, həmişə suyun altında qalırdı. Oranı xilas elədik və son yağışlarda da orda heç bir fəsad yaranmayıb. Ümumilikdə 14 ünvanda işlər aparılıb və bunların hamısı da effekt verir".

Qeyd edək ki, ayrılmış vəsaitlə aşağıdakı layihələrin icrası nəzərdə tutulmuşdu:

1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.
2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.
3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
4. Binəqədi şosesi boyu kollektorun tikintisi.
5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.
6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.
7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi.
9. Sabunçu rayonu "Şuşa" şəhərciyi ərazisində yağış suları kollektorunun tikintisi.
10.Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi.
11.Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.
12.Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
13.Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.

mənbə: qaynarinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1108   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678