Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQ

Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQAralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasına mümkün cavablardan biri Suriyaya "S-300" zenit komplekslərinin çatdırılması ola bilər.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən "Kommersant" nəşri bildirib.

Nəşrin yüksək vəzifəli hərbi mənbəyinin sözlərinə görə, komplekslərin idarə olunması Rusiya zabitlərinə tapşırıla bilər. O əlavə edib ki, "S-300"lər Suriyaya çatdırılarsa, bu, İsraili Suriyada obyektlərə aviazərbələrdən cəkindirən amil olacaq. Mənbənin sözlərinə görə, Suriyanın hava məkanının yalnız köhnəlmiş hava hücumundan müdafiə sistemləri deyil, həm də "S-300"ün effektiv modifikasiyası bağlayacaq.

Qeyd edək ki, Rusiya əvvəlki illərdə Suriyaya "S-300"lərin çatdırılmasını gündəmə gətirmiş, ancaq İsrailin çağırışı ilə geri addım atmışdı. Son olaraq Suriyaya "S-300"lərin çatdırılması bu ilin aprelində ABŞ, Fransa və İngiltərənin Suriyaya raket zərbələri endirməsindən sonra yenidən gündəmə gəlmişdi.

2018-ci ilin iyulunda Rusiyanın Müdafiə Nazirliyinin başçısı Seygey Şoyqu bildirmişdi ki, Rusiya Suriya hökumətinə zenit-raket komplekslərinin çatdırılması imkanına baxmağa hazırdır. Nazir xatırladıb ki, bir neçə il əvvəl Rusiya qərb partnyorları, həmçinin İsrailin xahişi ilə Suriyaya bu kompleksləri çatdırmayıb. Şoyqu vurğulayıb ki, koalisiya və İsrailin Suriyaya zərbələrindən sonra bu məsələni təkrar gözdən keçirmək zərurəti ortaya çıxıb.

İsrail tərəfi isə dəfələrlə xəbərdarlıq edib ki, Rusiyanın Suriyaya "S-300" sistemləri çatdıracağı halda, Rusiya və İsrail arasındakı əlaqələr pozulacaq. Bunun siyasi bir problem yaradacağını və ciddi siyasi nəticələrinin olacağı vurğulanıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, "İl-20" Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 "F-16" təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları "İl-20"nin arxasında gizlədərək onu "S-200" kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini "düşmən hərəkətlər" kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 237
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 307
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 159
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 592
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 616
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 913
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 280
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 350