"Azərsu" Bakını bürüyən selin səbəbini açıqladı - RƏSMİ

"Azərsu" Bakını bürüyən selin səbəbini açıqladı - RƏSMİÖtən gün Bakını bürüyən sel suları mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan birinə çevrildi. Qısamüddətli leysan xarakterli yağış Bakının mərkəzində yolların su altında qalmasına səbəb oldu.

Yağışın bu cür ciddi fəsadlar yaratmasının səbəbi haqqında musavat.com-a danışan "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl bildirdi ki, 1 saat ərzində Bakıya aylıq yağıntı normasından daha artıq yağış yağıb:

"Qısa müddətdə intensiv və leysan xarakterli yağış bəzi yerlərdə fəsadların yaranmasına səbəb oldu. Bəzi ərazilərdə bizim xətlərimizin bu suları daşımağa gücü çatmadı. Ona görə də biz məcburiyyət qarşısında qalıb Bulvar ərazisindən keçən sənayə kollektorunu açmalı olduq. Bu istiqamətdə iki nöqtədə təxliyə xətlərimiz var.

O xətlər vasitəsilə suları dənizə buraxdıq ki, bu sistem suları götürə bilsin. Yəni, suyun həcminin həddindən artıq çox olması müəyyən ərazilərdə yığılmalara səbəb oldu. Bununla belə, bizim Bakı Su Kanal İdarəsi, rəhbərləri də daxil olmaqla ərazilərə cəlb olundular. Hazırda da bizim layihə departamentinin əməkdaşları da ərazidə işləyirlər. Fəsadlı yerlərdə suyun yığılmasının səbəblərini araşdırırlar. Həlli yolları ilə bağlı yəqin ki, təkliflər hazırlayacağıq".

A.Cəbrayıl onu da vurğuladı ki, suyun belə fəsadlar verməsinin səbəbi qısa zamanda yağıntının miqdarının həddindən artıq çox olmasıdır:

"Bakıya aylıq normanın 122 faizi qədər yağıntı düşüb. Sentyabr ayında yağıntının orta göstəricisi 17 mm-dir. Ancaq yarım saat ərazində 21 mm yağıntı düşüb. Yəni, aylıq normadan 22 faiz çox. Bizim qurum, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda bu problemləri aradan qaldırmağa çalışırıq. Ən çox Neftçilər prospektində fəsadlar oldu.

Bildiyiniz kimi Bakı amfiteatr formasındadır. Bütün sular axaraq orada toplanır. Bir yerdə istinad divarları uçdu. Bunun özü yağıntının çoxluğundan xəbər verir. Binəqədi şosesində isə ötən il yeni kollektorların qurulması səbəbindən hər hansı problem yaşanmadı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 24 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 615
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 544
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 343
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 629
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 302
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 843
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 449
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 849
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 298