Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlər

Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlərCənub bölgəsində qızların erkən nikahlara cəlb edilməsi müharibə illərində qız yükündən azad olmaq istəyən valideynlərin hərəkətlərini xatırladır.

BiG.AZ xəbər verir ki, Sputnik Azərbaycan" Multimedia Mərkəzində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda təşkil olunmuş dəyirmi masada sabiq millət vəkili Gülər Əhmədova çox ağır olan bir məsələyə — əksər rayonlarımızda, xüsusilə də cənub bölgəmizdə azyaşlı qızların ərə verilməsinə toxundu. Özüm də cənub bölgəsindən – Yardımlı rayonundan olduğum üçün bu problem mənə yaxındır, bu barədə kifayət qədər məlumatlıyam və bacardığım qədər buna qarşı çıxmağa çalışıram.

Təəssüflər olsun ki, doğma yurdumu tez-tez ziyarət etmək imkanım olmur. Ancaq xeyir-şər məclislərində rayona getməyə vaxt tapa bilirəm, o da uzağı bir neçə günlük. Ancaq hər dəfə məni çox ağrıdan, çox narahat edən, çox düşündürən erkən nikahlar məsələsi olur. Hər dəfə körpə-körpə ərə verilən qızcığazlarımızı görəndə, sözün bütün mənalarında vicdan əzabı çəkirəm. Var gücümlə haray çəkmək, bağırmaq, "dayanın!" demək keçir içimdən.
Vəziyyət o həddə çatıb ki, sanki cənub bölgəsində yarış gedir. 14-15 yaşında qızların üzərində tətbiq edilən "kim tez ərə getdi yarışı". Qızları orta məktəbi bitirmədən, uşaqlıq yaşlarını belə, tamamlamadan ərə verilirlər. Acımasız valideynlər öz balalarını gəlinciklərindən, evciklərindən ayırıb, ailə, uşaq əziyyəti çəkməyə məhkum edirlər. Elm, savad, bilik öyrənməli olan qızları məktəblərdən uzaqlaşdırıb, həyat dərslərini öyrənməyə vadar edirlər. Gələcəyin istedadlı, peşəkar mütəxəssisi ola biləcək neçə-neçə qızları evdar qadına çevirirlər. Bir sözlə, rayonlarımızda, xüsusilə də cənub bölgəsində çox sayda valideyn öz qızını acımasızcasına "kor qoyur".

Erkən nikahların mənfi fəsadları bir deyil, beş deyil və bu fəsadlar da bir çoxumuza bəllidir. Erkən nikahların səbəb olduğu ana və uşaq ölüm halları ilə az rastlaşmamışıq. Və ya doğuş zamanı ciddi xəstəliklərə düçar olan gəlinlərdən xəbərsiz deyilik. Xəstə və şikəst doğulmuş uşaqlar qohumumuzda, qonşumuzda kifayət qədərdir. Hələ sümükləri belə, tam formalaşmamış qızcığazın mənfi fəsadlarsız sağlam övlad dünyaya gətirəcəyinə kim təminat verə bilər, axı?!

Problemin digər bir tərəfi isə erkən nikaha girən qızların savadsızlığı ilə bağlıdır. İki-üç il, onda da ayda cəmi 5-10 dəfə məcburi, xahiş-minnətlə məktəbə gətirilən, toplama-çıxmanı belə doğru-düzgün bilməyən ana cəmiyyətə yararlı övlad tərbiyə edə bilərmi?! Əlbəttə ki, yox. Həmin analar da qızlarının özləri kimi, bəlkə də özlərindən də daha tez ərə gedib, ev-eşik, övlad sahibi olmasına tələsəcəklər. Bununla da bu problemin daha geniş yayılması sürətlənəcək, erkən nikahların yaş dövrü daha da aşağı enəcək.

Belə getsə, on ildən sonra vəziyyət daha acınacaqlı hala gələcək. On dörd yaşında ərə getmiş ana on ildən sonra, artıq səkkiz-doqquz yaşında olan qızı üçün evlilik təlaşına düşəcək. Və beləcə, əskilərdə qalmış "papaqla qız alma" dəbi gündəmə gələcək. Ya bəlkə də, artıq gündəmdədir. İkinci Dünya Müharibəsi zamanı aclığın, səfalətin hökm sürdüyü zamanlarda populyar olmuş "qız almaq" dəbi. Papaq dəyəndə müvazinətini itirməyən qızın ərə gedə biləcəyinə qərar verilirdi. O dövrdə valideynləri müharibədə həlak olmuş, itkin düşmüş və ya aclıqdan, xəstəlikdən dünyasını dəyişmiş kifayət qədər uşaq var idi. Ailənin yükünün azalması üçün qızlar məcburən erkən yaşda ərə verilirdi. Ancaq indiki zamanda, yaşamağa hər cür şərait mövcud olduğu bir dövrdə bu hal çox gülünc görünür. Valideynlərin övladlar arasında cins ayrı-seçkiliyi salaraq, qız övladlarını sanki başlarından tez kənar etmək istəmələri çox ağrılı problemə çevrilir.

Təhsil ocaqlarında çalışan müəllimlərdən qızların təhsil səviyyəsi barədə məlumat aldıqda, məlum olur ki, erkən nikahların daha bir mənfi təsiri gələcək mütəxəssislərin məhv edilməsidir. Hazırda rayonlarda məktəbli qızların bilik səviyyəsi oğlanlara nisbətən daha yüksəkdir. Həm də qızların təhsilə meyli əvvəlki illərlə müqayisədə daha çoxdur. Oxumaq, ali təhsil almaq istəyən qızlarımızın sayı kifayət saydadır. Təəssüflər olsun ki, qızının ali təhsil almasına imkan və şərait yaradan valideyn isə barmaqla sayılası qədərdir. Əsəbləri tarıma çəkən məqamlardan biri də erkən izdivaclara qol qoyan, rəvac verən valideynlər arasında ziyalıların da olmasıdır. Elmə, təhsilə qiymət, dəyər verib ali təhsil almış valideynlər belə, övladlarının savadlı, peşəkar kadr kimi yetişmələrinə mane olurlar. Onlar da "palaza bürün, elnən sürün" təfəkkürü ilə yaşayırlar. Təəssüf ki, onlar da, "mənim qızım tez ərə getdi" deyibən, qürrələnən fatmanisələr cərgəsindədirlər.

Erkən nikahların aradan qaldırılması üçün dövlətimiz tərəfindən kifayət sayda qanunlar qəbul edilib, cəzalar tətbiq olunub. Ancaq əfsuslar olsun ki, erkən yaşda qurulan ailələr çox hallarda gizlədilir və azyaşlı qızlar dövlət nikahı olmadan ərə verilir. Bu problem respublikamızın bütün rayonlarını ağuşuna alıb. Cənub bölgəsində isə problem olmaqdan da o yana keçib. Deyərdim ki, "yoluxucu bəlaya" çevrilib. Bu bəlanın aradan qaldırılması yolları hansılardır bəs?! Nə edək, necə edək ki, erkən nikahlar getdikcə daha geniş vüsət almaq əvəzinə, zamanla aradan qalxsın?!

Məncə, ilk əvvəl özümüzdən başlamalıyıq. Özümüzə "mən bunun üçün nə edə bilərəm və ya nə etməliyəm?" sualını verməliyik. Və vicdanımızın səsinin verdiyi cavabla da hərəkətə keçməliyik. Elə dəyişimə də özümüzdən start verməliyik. Öz qızımızdan, öz bacımızdan, qohumumuzdan, qonşumuzdan başlayaraq. "Dur!" deyək minik yavrusunu, körpə quzusunu, məsum qızcığazını qayğının içinə atan valideynlərə, pardaxlanmamış körpə fidanlarını budaqdan qoparan atalara, hələ dimdiyi dən tutmayan yavru quşları yuvasından uçuran analara. "Dur!" deyək, çiyinləri bərkiməmiş cocuqlarının belinə ağır "şələ" yükləyən atalara, ana nəvazişinə möhtac süd quzularını ana olmağa yola salan analara.

Ən əvvəldə isə özümüzə "DUR!" deyərək bu problemin həllinə, bəlkə nail ola bilərik.

P.S. Bu yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində yazılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1175   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0