İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLAR

İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLARBu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılıb və uğurlu nəticələr əldə ediblər.
AzVision.az xəbər verir ki, azərbaycanlı xanım siyasətçi Aylin Fazelian "Sosial-demokrat "partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə "Mərkəz" partiyasından əyalət millət vəkili seçilib.

İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLARHazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəal üzvüdür. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Bundan əlavə, partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLARİsveçdə yaşayan həmyerlimiz Turan Əliyev isə "Mərkəz" Partiyasından Partille bələdiyyə məclisinə üzv seçilib. Turan Əliyev bir ildir partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib.

T.Əliyev 1983-cü ildə Naxçıvanda ziyali ailəsində anadan olub. Anası və atası müəllimdir. Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili və istismarı fakültəsini bitirib. Ali təhsilini bitirdikdən sonra səhhəti ilə əlaqədar İsveçə gedib. Artıq 14 ilə yaxındır ki, İsveçdə yaşayır. 2012-ci ildə ailə həyatı qurub. İki övladı var. Həyat yoldaşı azərbaycanlıdır və bələdiyədə həftədə bir dəfə Azərbaycan dili dərsi deyir.

İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLARİsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva isə Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. İ.Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOLARƏliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var. Qızının 20, oğlunun 13 yaşı var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1058   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 198
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 365
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1857
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 250
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 155
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 89
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 244
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 366
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 259