Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc OLAY - FOTO

Bakıda qadın polis işçisini zorlayıb? - Qorxunc OLAY - FOTORedaksiyamıza müraciət edən Şəhla Fəttayeva maraqlı və eyni zamanda qorxunc bir iddia irəli sürüb. Şəhla Fəttayevanın iddiasına görə, 3 il öncə Tural Təyyar oğlu Mehdili adlı polis işçisi öz ofisində ona təcavüz edib. Xanım dəfələrlə Tural Mehdilinin işlədiyi polıs məntəqəsinə gəlib və hər dəfəsində də Tural Mehdili onu şantaj edəcəyi ilə hədələyib, cinsi əlaqədə olub. Fakt özü- özlüyündə qorxunc səsləndiyi üçün məsələni ətraflı şəkildə araşdırmağa qərar verdik.

Əldə etdiyimiz məlumata əsasən, daha doğrusu Şəhla Fəttayevanın daha sonra özünün dilə gətirdiyi kimi, Tural Mehdili əslində onu şantaj etməyib. O əslində Turalın evli olduğunu bildiyi halda münasibətdə olub, sonra Turalın ata- anasının yanına gedərək oğlanlarının onu aldatdığını, evlənməli olduğu halda, evlənmədiyini söyləyib. Şəhla Fəttayevanın iddiasına görə, polis leytenantı ondan 5000 manat borc alıb və o pulu da geri qaytarmır. Qarşı tərəfi ittiham edərkən nalayiq ifadələr işlətməkdən çəkinməyən Şəhla Fəttayeva Tural Mehdili ilə əlaqədar Daxili İşlər Nazirliyinə və digər əlaqədar qurumlara şikayət edəcəyini bildiridi. Məsələylə bağlı qarşı tərəfin də rəyini öyrənməyi özümüzə borc bildik.

BiG.AZ xəbər verir ki, News24.az-ın məsələylə bağlı suallarını cavablandıran Tural Mehdilinin sözlərinə görə, əslində o özü jantajın qurbanı olub: "3 il öncə bu xanım özü qardaşı ilə bağlı şikayət ərizəsi ilə idarəmizə müraciət etmişdi. Ərizəni verdikdən sonra tez- tez nəticəni öyrənmək üçün əlaqə saxlayırdı. Sonra bir gün özü məndən xoşlandığını dilə gətirdi. Həmin vaxt "yox" cavabı versəm də, rəisimə yaxınlaşıb mənim ona təcavüz etdiyimi söyləmişdi. Bu qadın inanılmaz bir şəkildə mənimlə görüşməyi tələb edir, əgər razı olmazsam bütün ailəmə və həyat yoldaşıma da eyni şəkildə təhdidlər edəcəyini deyirdi. Mənim tək səhvim vaxtında bu hadisəni ailəmə deməməyim oldu. Özüm polis olsam da, bir qadının şantajına qurban getdim. Mən o xanımdan bir qəpik də borc almamışam. Bu onun son günlərdə uydurduğu bir yalandır. Düz 3 il ərzində o mənim ailə həyatım, karyeramı dağıdacağı ilə təhdid edərək, məni öz istəklərinə boyun əyməyə məcbur edib. Bu gün artıq hər kəs hər həqiqəti bilir. İndi nə istəyir, mən anlamıram. Mənim səhvim o oldu ki, gərək ailəmə bütün həqiqəti zamanında deyəydim, bu biabırçılıq yaşanmayaydı",- deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15872   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paytaxtda 600 manata səməni satılır? - VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar ki, bütün süfrələri bəzəyir. Buna görə də paytaxtda kifayət qədər səməni satışının olduğu yerlərlə rastlaşa bilərsiniz. Satıcıların sözlərinə görə, müxtəlif zövqdə olan səmənilərin qiyməti bəzəyin

18.03.2024 565
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: . "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18.03.2024 243
.

ABŞ-da atışma: 2 ölü, 5 yaralı

ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə Metropoliten Polis Departamentinin rəhbəri Ceffri Karroll açıqlama verib. Ceffri Karroll qeyd edib ki, atışmanı törədən şübhəli şəxs hələ də tutulmayıb. Vaşinqtonda ötə

18.03.2024 150
.

Sabah qısa iş günü olacaq - RƏSMİ

Sabah ölkədə qısa iş günü rejimi tətbiq olunacaq. Dövlət Əmək Müfəttişliyi Xidmətindən -a verilən məlumata görə, əmək məcəlləsində qeyd olunan müvafiq maddə sabaha da şamil olunacaq. Qeyd edilib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərd

18.03.2024 908
.

Martın 20-də geomaqnit qasırğası gözlənilir

Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə martın 20-də G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var. Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Günəş küləyinin sürətinin mart 17-də baş vermiş TKA-nın təsiri ilə martı

18.03.2024 221
.

Fransa yenidən savaş meydanı oldu - VİDEO

Fransanın paytaxtı Paris yaxınlığında martın 14-də 18 yaşlı motosikletçi polis avtomobili ilə toqquşaraq öldürülüb. BİG. xəbər verir ki, onun ölümü insanlar arasında etiraza səbəb . Milli medianın yaydığı məlumata görə, polis tərəfindən təqib edilən Vanyss adlı yeniyetmənin ölümünə doğma şəhəri Courneuved

18.03.2024 223
.

Novruzun son çərşənbəsində hava necə olacaq?

Martın 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

18.03.2024 779
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18.03.2024 196
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18.03.2024 290