Telefondan da zərərli olan və əlimizdən düşməyən ƏŞYA HANSIDIR?

Telefondan da zərərli olan və əlimizdən düşməyən ƏŞYA HANSIDIR?Həyatımızın bir hissəsinə çevrilən mobil telefonlar həqiqətən də zərərlidir. Lakin həyatımızdakı yeganə zərərli və günahkar olan cihaz ancaq mobil telefondur?

Bəli, mobil telefon xərçəng xəstəliyinə səbəb olur, beynə ziyandır, hətta sonsuzluq da yaradır. Bəs, bütün bu iddialar həqiqətdir? Evimizdə mobil telefonlardan başqa daha hansı cihazlar bizim üçün təhlükəlidir?

BiG.AZ a24.az-a istinadən bildirir ki, Türkiyənin beyin və sinir cərrahı Dr. Emre Ünal bu barədə ətraflı məlumat verib. O bildirib ki, mobil telefonlar radiasiya yayır və bədənimizə mənfi təsirləri var. "Ancaq hansısa xəstəliyə səbəb olmasıyla bağlı isbat edilmiş bir araşdırma yoxdur. Çünki televizor və soyuducu pultu, həmçinin mikrodalğalı sobada da eyni səviyyədə təhlükə var".

Evimiz radiasiya ocağıdır…

Bildiyimiz kimi mobil telefonlar radiasiya yayır. Radiasiyanın bədənimizə göstərdiyi təsirlər isə əksəriyyətimizə məlumdur. Hətta telefonları "uçuş" rejiminə alsaq belə radiasiyadan qaçmağımıza kömək etmir, sadəcə aldığımız radiasiyanın miqdarını bir qədər azaldır. Dünya Sağlamlıq Təşkilatının hesabatına görə, radiasiya xərçəngin ən başlıca səbəblərindən biridir. O zaman mobil telefonlar radiasiya yaydığı halda, soyuducu, televizor, mikrodalğalı soba kimi evimizdəki bəzi cihazlar məsumdurlar? Əlbəttə, hər evdə olan bu cihazlar da radiasiya yayır.

Televizor pultları infraqırmızı şüalar yayırlar və yaydıqları şüanın tezliyi mikrodalğalı soba və mobil telefonların yaydıqlarından da çoxdur. Bundan başqa təyyarə ilə səfər edərkən belə bədənimiz müəyyən miqdarda radiasiyaya məruz qalır. Ona görə də pilot və bələdçilərin müəyyən müddətdən sonra təyyarədə uçmalarına icazə verilmir.

İndiyə qədər aparılan araşdırmalarda mobil telefonların beyində şişin yaratdığına dair sübut olunmuş dəlil yoxdur. Lakin çoxlama orqanlarının telefonların yaydığı radiasiyadan təsirlənmədiyi də sübut olunmayıb. Zərər vermədiyi ilə bağlı məlumatın olmaması "zərərli olmadığı" və "tədbir görmək lazım deyil" mənasını vermir.

Həyatımızdakı radiasiyanı azaltmaq üçün 5 məsləhət

1 – Mobil telefonla danışan zaman qulaqlıqdan istifadə edin

2 – Mobil telefonunuzu zəngli saata qoşursunuzsa, telefonu "uçuş" rejiminə qoyun

3 – Mobil telefonu bədəninizdən uzaq tutun

4 – İş yerində uzun müddət kompüter arxasında əyləşdikdən sonra, evə gəlib dərhal televizorun qarşısına keçməyin. Yürüş edin, kitab oxuyun.

5 – Fürsət düşdükcə təbiət qoynunda təkbaşına nəfəs alın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2313   Tarix: 18 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568