Ramil Səfərov məktublarınızı gözləyir (FOTO)

Ramil Səfərov məktublarınızı gözləyir (FOTO)"Ramilsafarov.info" saytının elan etdiyi müsabiqənin mövzusuna əsasən, iştirakçılar zabitimizin macar dilindən tərcümə etdiyi "Pal küçəsi oğlanları" və ya "Qapı" əsərlərindən birinin tərcüməsi haqqında öz fikirlərini, irad , təklif və məsləhətlərini yazmalıdırlar.

Saytın rəhbəri Şəbnəm Gülməmmədova Lent.az-a açıqlamasında bildirib ki, aprelin 14-dən start verilən müsabiqəyə artıq 10-a yaxın məktub daxil olub. Sayt rəhbəri deyib ki, məktublardan 5-i müsabiqə şərtlərinə uyğun olsa da, digərləri zabitə ünvanlanan şəxsi məktublardır. Şəbnəm Gülməmmədova onu da əlavə edib ki, bir ay müddətində davam edəcək layihənin sonunda toplanılan məktublar münsiflər heyəti tərəfindən yoxlanılacaq: "Müsabiqə üçün gələn məktublarda əsər haqqında dolğun məlumatlar olarsa, o zaman professional münsiflər tərəfindən yoxlanılacaq. Bu mövzuda məktubların sayı azlıq təşkil edərsə, məktublar "Azebook Network" işçiləri tərəfindən baxış keçiriləcək".

Qeyd edək ki, müsabiqənin sonunda məktublar zabitimizə göndəriləcək. Münsiflər heyəti tərəfindən bəyənilən ən yaxşı üç məktub sahibinə Ramil Səfərovun şəxsi imzası ilə tərcümə etdiyi kitablar hədiyyə olunacaq".

Layihənin şərtləri belədir:

- Məktublar bir səhifədən artıq olmamalı;
- Məktublarda təhqir, söyüş, etikadan kənar sözlər yazılmamalı;
- Mövzudan kənar cümlələr çoxluq təşkil etməməlidir.

Məktubları [email protected] ünvanına göndərmək lazımdır.

Layihənin məqsədi zabitimizin tərcümə etdiyi əsərlərə diqqəti artırmaq, ona dəstək olmaq və "Biz hər zaman səninləyik!" mesajını verməkdir.

Xatırladaq ki, Ramil Səfərov macar dilindən azərbaycancaya yüksək peşəkarlıqla bədii ədəbiyyat nümunələrini çevirən ilk tərcüməçidir. Zabitimiz ilk tərcümə etdiyi kitab orijinaldan çevirdiyi Maqda Sabonun "Qapı" romanıdır. Molnarın "Pal Küçəsinin oğlanlar"ı əsəri isə onun ikinci tərcüməsidir. Hazırda Ramil Səfərov üçüncü kitabının tərcüməsi ilə məşğuldur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4568   Tarix: 23 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

19:30 215
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 356
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 263
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 376
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

21:07 0
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

20:59 0
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

20:40 0
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23:14 0
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 236