Masaj edərkən uşağı öldürdü - VİDEO

Masaj edərkən uşağı öldürdü - VİDEO

Rusiyanın Nijni Novqorod şəhərində masajçı qadın südəmər körpənir masaj edərkən onun boynunu sındırıb.

BiG.AZ milli.az-a istinadən bildirir ki, körpə aldığı travmadan ölüb.

"Masaj prosedurundan sonra uşağın vəziyyəti kəskin pisləşdi. O, kliniki ölüm vəziyyətində Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə rəğmən, uşağı xilas etmək mümkün olmayıb", - Rusiya İstintaq Komitəsinin vilayət idarəsi sədrinin müavini Yuliya Skalyarova deyib.

Onun sözlərinə görə, masaj zamanı qadın uşağın başını qaldıraraq, kəskin şəkildə əvvəlcə sola, sonra sağa çevirib.

Faktla bağlı cinayət işi açılıb. Tibbi təhsili olmayan masajçı qadını 2 ilədək həbs gözləyir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1791 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər