Məktəblinin "ağır yükü" - Çantaların ağırlığı nə qədər olmalıdır?

Məktəblinin "ağır yükü" - Çantaların ağırlığı nə qədər olmalıdır?Artıq yeni tədris ili başlayır. Valideynlər büdcələrinə uyğun olaraq, övladları üçün məktəbə lazım olan ləvazimatları alıblar. Bu ləvazimatların ən əsası məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyu alınan çantanı daşıyır. Bəzən valideynlərin seçdiyi çantalar uşaqların sağlamlığında problemə yol açır.

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də valideynlər çanta seçimində diqqətli olmalıdırlar.

BiG.AZ xəbər verir ki, ekspert Nadir İsrafilov oxu.az-a açıqlamasında bildirib ki, hər il yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbli çantalarının ağırlığı məsələsi gündəmə gəlir:

"Valideynlər məktəbli çantasına kitab-dəftər, qələm, qələm yonan, pozan, xətkeş, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək qabı, su və daha nələr qoyurlar. Yaş fiziologiyasına uyğun seçilməyən çantanın öz ağırlığını da nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmır. Təhsil Nazirliyinin məsələyə münasibəti belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır.

Əksər valideynlər isə məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının" övladlarının sağlamlığına hər hansı bir ziyan yetirəcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar.

Baxmayaraq ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir ki, Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb, bununla belə, bir çox məktəblərdə bəzi məktəb rəhbərləri və müəllimlər hələ də valideynləri bu ləğv olunan və nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar. Uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər".

Ekspert qeyd edib ki, uşaqların çantalarının ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir:

"Bəzi rəylərə əsasən, şagirdin çəkisinin 10 faizindən aşağı olması tövsiyə olunur".

Pediatr Vaqif Qarayevin sözlərinə görə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb:

"Bunun əsas səbəblərindən biri ağır çantalardır. Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Fikrimcə, dərs yükünün azaldılması çanta ağırlığını da azaldacaq".

Vaqif Qarayev bildirib ki, ləvazimatla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir:

"Tutaq ki, altı yaşında uşağın çəkisi 22 kiloqramdırsa, onun çantasının çəkisi 2,2 kiloqram olmalıdır. Bu, çox vacibdir. Amerika Birləşmiş Ştatlarında isə həkimlərin fikirləri başqadır. Onlar hesab edir ki, birinci sinifdə ləvazimatla birlikdə çantanın çəkisi 1,2, ikinci sinifdə 1,6, üçüncü sinifdə 2-3, dördüncü sinifdə isə 2,6 kiloqram olmalıdır. Başqa cür olan zaman skolyoz yarana bilər. Eyni zamanda, çanta ağırlığı uşaqlara psixoloji təsir edir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır:

"Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib-çıxarır.

Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir".

Bəs, şagirdlər üçün çanta necə seçilməlidir?

Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov bildirib ki, yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq. Bu yeniliklərə şagirdlərin dərs yükü də daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

21:00 0
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

22:00 0
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

21:15 0
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

22:23 0
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

21:51 0
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 158
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 736