Bu şadlıq sarayları məhərrəmlikdə toy edəcək - SİYAHI

Bu şadlıq sarayları məhərrəmlikdə toy edəcək - SİYAHI

Artıq 3 gündür ki, Məhərrəm ayı başlayıb.

BiG.AZ "Kommersant.az"a istinadla xəbər verir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir. Bu ayın başlanması ilə Azərbaycanda "toy edək, yoxsa etməyək?" kimi ənənəvi sual ətrafında müzakirələrə start verilib.

Qeyd edək ki, məhərrəmlik müsəlman aləmində matəm ayı hesab olunduğu üçün, əksər insanlar toyu bu aydan sonrakı təqvimlərə keçirirlər.

Bəs görəsən Məhərrəm ayında şadlıq saraylarında toy keçirilirmi?

Suala cavab məqsədi ilə paytaxtda fəaliyyət göstərən bir neçə restoranla əlaqə saxladıq. Sentyabrın 27-də toy etmək üçün şadlıq sarayında yerin olub-olmadığını soruşduq. Məlum oldu ki, onlardan yalnız birində - "Neolit"də məhərrəmlik ayında toy keçirilmir.

Məhərrəmlikdə toy keçirən restoranların siyahısını təqdim edirik:

"Buta Palace";

"Cratos";

"Ay İşığı";

"Neon Palace";

"Bakı Əyləncə Mərkəzi";

"Yeganə" şadlıq sarayı.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2586 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Nakam_Arzum
Nakam_Arzum 14.09.2018
Eslinde beli Matem ayi sayildigi ucun duzgun deyil toy etmek ama edenlerde az deyil


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər