Azərbaycanda ilk dəfə: Muğam FlaşMob (Video)
Eurovision-ın Azərbaycandakı Rəsmi Fan Klubu cümə günü Park Bulvar alış-veriş mərkəzi ilə birgə "Muğam" flashmob-u keçirib.
Flashmob zamanı alış-veriş mərkəzinin 3-cü mərtəbəsində, yemək masaları olan hissədə, anidən tar, kamança və nağarada muğam ifa olunmağa başlanıb. Bir qədər sonra musiqiçilərə növbə ilə muğam ifaçıları qoşularaq ifanı davam etdiriblər. Sonda gənc xanəndələr Qarabağ Şikəstəsi ilə öz ifalarını bitiriblər. Alqışlar səslənərkən Fan Klubun üzvləri öz yerlərindən qalxaraq üzərində Eurovision loqotipləri olan papaqlar geymiş "Light Your Fire" sloqanını bir ağızdan səsləndiriblər. Flashmob iştirakçıları öz yerlərinə əyləşərək əvvəlki kimi davranmağa davam etdilər və beləliklə flashmob sona çadıb.
Qeyd edək ki, flashmob zamanı ifaçılar xalq artisti Arif Babayevin tələbələri olan Milli Konservatoriyanın gənc muğam ifaçıları olublar.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş