Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR

Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Bu gün 10 iyul Gəncə iğtişaşlarında şəhid olan polislərimizin 40 mərasimidir. Bu münasibətlə Gəncə ictimaiyyəti və polislərin yaxınları toplaşıb, onların qəbirlərini ziyarət ediblər.

Həmin ziyarətdən bir neçə fotonu paylaşmaqla, şəhid polislərimizə Allahdan rəhmət diləyir.

Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.

Qeyd: Fotoları Facebookda Əvəz Zeynallı paylaşıb.

mənbə: moderator

Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1255 Tarix: 19.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər