Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTOLAR

Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTOLAR
Rena Uillimson həkimlə danışan ərinin donmuş sifətini heç zaman unuda bilməyəcək.

Üzü ağappaq olmuş əri ona tərəf gəlir… Rena heç həkimin həyat yoldaşına nə dediyini belə bilmir. Lakin yaxşı xəbər verməməsi dəqiq idi.

Həyat yoldaşı ona yaxınlaşır və bu andan onların həyatı tamamilə dəyişir.

"Biz ikimiz də biri-birimizə baxıb ağladıq” bu sözləri Rena deyib. Bir müddətdir başı ağrayan Rena xəstəxanaya gedir. Bundan sonra onun əri Cared xəstəxanaya çağırılır. Ona həyat yoldaşının beynində şiş olduğu və 24 saat ömürünün qaldığı deyilir.

Həkimlər dərhal Renanı əməliyyat edirlər. Əməliyyat uğurlu alınır və qadın evinə buraxılır. Lakin bundan 5 gün sonra Renanın başından maye axır və ağrıları daha da şiddətlənir. Təcili olaraq xəstəxanaya çatdırılan Renada yeni şişlər tapılır.

O, yenidən əməliyyat olur. Bu əməliyyat da uğurlu keçir. Həkimlər onu yenidən müayinədən keçirəndə bu səfər başqa bir xəstəliklə qarşılaşırlar. Renaya Melanoma xərçəngi təşisi qoyulur.

Həkimlər xəstəliyin ölümcül olduğu və onun həyatda qalma şansının çox az olduğunu deyir. Rena və əri xəstəxana xərclərini ödəmək üçün evlərini satıb. Onlar kredit kartlarını son qəpiklərinə qədər işlədiblər.

İndi cütlük çarəsiz şəkildə nələr olacağını gözləyir.

///Minval.İnfo

Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTOLAR
Baş ağrısına görə getdiyi xəstəxanada 24 saat ömürünün qaldığını öyrəndi – FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 4835 Tarix: 19.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər