Bakıda atasının maşını ilə səkidəki insanları vurdu - ÖLƏN VƏ YARALANANLAR VAR

Bakıda atasının maşını ilə səkidəki insanları vurdu - ÖLƏN VƏ YARALANANLAR VARBakıda səkidə dayanan insanları vuran sürücü həbs olunub.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus "Mercedes Benz E 220" markalı 99-FN-212 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1348   Tarix: 18 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: . "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18.03.2024 248
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18.03.2024 185
.

Azərbaycanda 5-dən çox uşağı olanların SAYI

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. xəbərt verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son beş ildə bu müavinətin məbləği 3,5 dəf

18.03.2024 453
.

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı II Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur. "Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Bukingem sarayı yayıb. Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barəd

18.03.2024 742
.

Keçmiş sevgilisi gənc qadını küçənin ortasında güllələdi

Türkiyədə gənc qadın küçənin ortasında güllələnib. xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib. Belə ki, 7 aydır evli olan 25 yaşlı Gülhan Esen işə gedərkən keçmiş sevgilisi onu küçənin ortasında güllələyib. Hadisə yerinə polis və təcili tibbi yardım qruplar

18.03.2024 458
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

12:22 0
.

Röya: "Mən Flora Kərimova ilə küsməmişdim ki, onunla barışım" – VİDEO

"Mən heç kimlə barışmamışam. Mənim Xalq artisti Flora Kərimova ilə münasibətim çox gözəl idi. Sadəcə medianın bundan xəbəri yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib onun bayramını təbrik etdim". Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Balkanla gec

18.03.2024 338
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18.03.2024 198
.

G7 İranı Rusiyaya ballistik raketlər göndərəcəyi təqdirdə yeni sanksiyalarla hədələyir

G7 ölkələri cümə günü İrana xəbərdarlıq ediblər ki, Tehran Ukraynada istifadə üçün ballistik raketləri Rusiyaya ötürərsə, onlar yeni sanksiyalar tətbiq edəcəklər. xəbər verir ki, bu barədə G7 liderlərinin bəyanatında deyilir. "İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiya təmin etməy

18.03.2024 239