Qadın polisin bu hərəkəti hər kəsi duyğulandırdı

Qadın polisin bu hərəkəti hər kəsi duyğulandırdı

Argentinada yenicə doğuş etmiş qadın polis Keleste Ayala dünya mediasının gündəminə çevrilib.

BiG.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, qadın polis xəstəxanada acından ağlayan 8 aylıq uşağı əmizdirərək hər kəsi duyğulandırıb. İşlərinin çoxluğu səbəbindən körpə ilə maraqlana bilməyən tibb işçilərindən icazə alan Keleste elə dəhlizdəcə uşağa süd verib.

Həmkarı tərəfindən şəkli çəkilən Ayala qısa müddətdə dünyanın hər yerindən tərif və təşəkkür dolu məktublar alıb. Ayalanın fotosunu sosial şəbəkədə paylaşan həmkarı “Heç tərəddüd etmədən anası kimi davrandın. Kirindən və pis qoxusundan narahat olmadın. Bu, hər gün rast gəlinən davranış deyil” yazıb.

Daha sonra məlum olub ki, uşaq səbəbi bilinməyən məhkəmə qərarıyla anasından alınıb. Daha sonra o, bibilərinə təhvil verilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2540 Tarix: 18.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər