Məşhur atalarını gözüyaşlı qoyan övladlar – Əcəlin "vaxtsız qurbanları"

Məşhur atalarını gözüyaşlı qoyan övladlar – Əcəlin "vaxtsız qurbanları"Həyat bəzən insanlara elə acı, elə faciə yaşadır ki, onlar bütün ömürləri boyu bu faciənin mənfi təsirindən çıxa bilmirlər. Dünyada ən böyük itkilərdən biri valideynin övlad itirməsidir.

Azxeber.com bu yazıda vaxtsız övlad itirmiş məşhurlardan – dövlət məmurlarından, siyasətçilərdən, mədəniyyət və incəsənət adamlarından bəhs edəcək.

İki ay öncə dünyasını dəyişən Müdafiə Sənayesi naziri Yavər Camalov sağlığında övlad itkisi yaşayıb. Belə ki, ötən ilin sentyabrında nazirin 44 yaşlı oğlu Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Deyilənə görə, mərhum nazirin oğlu Rövşən xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 7 il öncə vəfat edib. 49 yaşlı Azad Mütəllibov xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun oğlu təxminən 13 il öncə dünyasını dəyişib. Azərbaycanın İrandakı səfirliyində çalışan mərhum İranda yol qəzası zamanı həlak olub.

Millət vəkili Fazil Mustafanın yeniyetmə oğlu 10 il öncə vəfat edib. Dayısı ilə birlikdə hamamda dəm qazından boğulan Elçibəyin o zaman cəmi 8 yaşı var idi.

"Silk Way Holding"in prezidenti Zaur Axundovun oğlu Fərid Axundov bir ay öncə vaxtsız dünyasını dəyişib. Mətbuatın yazdığına görə, mərhumun ölüm səbəbi bəlli deyil.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun üç övladı vaxtsız dünyasını dəyişib. 1991-ci ildə KXCP sədrinin 5 yaşlı oğlu yol qəzasında, 2009-cu ildə digər oğlu və 2012-ci ildə qızı qəfləti ölüm səbəbindən dünyalarını dəyişib.

Milli Şuranın sədri Cəmil Həsənlinin 27 yaşlı oğlu Vüqar Həsənli 2007-ci ildə Atatürk prospektidə - Ayna Sultanova heykəlinin yaxınlığında "Mersedes" markalı avtomobili ilə qəzaya uğrayıb. Mərhum xəstəxanaya çatdırılsa da, orada keçinib.

Müsavat Partiyasının sabiq sədr müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 3 il öncə vəfat edib. Oğul övladı dünyaya gətirərək, doğuş zamanı həyatını itirən Nərgiz Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib.

AXCP Ali Məclisinin sabiq sədri, mərhum Həsən Kərimovun iki oğlu – İftixar və Rəşad Kərimovlar bir həftənin içində dünyasını dəyişiblər. Hər iki gənc ürək tutmasından vəfat edib.

Üç il öncə dünyasını dəyişmiş Xarici Siyasət Məsələləri üzrə sabiq Dövlət Müşaviri, politoloq Vəfa Quluzadənin 36 yaşlı oğlu Murad 2010-cu ildə ağır sürən xəstəlikdən sonra vəfat edib. Murad Quluzadə onkoloji xəstəlikdən əziyyət çəkib.

Xalq artisti, sənət aləmində Teymur Əmi kimi tanınan Teymur Mustafayevin oğlu faciəvi şəkildə həlak olub. Belə ki, 2007-ci il mayında Bakıxan Mustafayevin idarə etdiyi "Vaz 21010" markalı avtomobili müəmmalı şəkildə yanıb.

Xalq artisti Səməd Səmədovun oğlu 24 yaşında vəfat edib. Müğənninin birinci evlilikdən olan mərhum oğlu polis işləyib. Xalq artisti Arif Quliyevin oğlu Fərid 35 yaşında vəfat edib. Mərhum həbsxanadan azad edildikdən sonra dünyasını dəyişib.

Məşhur bəstəkar Hikmət Mirməmmədli də övlad acısı yaşayıb. Onun oğlu dənizdə boğularaq faciəvi şəkildə həyatını itirib.

Xatırladaq ki, məşhurlar arasında atalarla yanaşı övlad itkisi görmüş analar da var. Xalq artisti, diktor Şərqiyyə Hüseynova, əməkdar artist Zöhrə Abdullayeva, əməkdar artist Kübra Əliyeva, yazıçı-publisist Mehriban Vəzir, tanınmış aparıcı Afaq Gəncəli və digərləri bu sıradadır. Bir neçə gün öncə dünyasını dəyişən məşhur rep ifaçısı Anar Nağılbaz Milli Məclisin keçmiş deputatı Rizvan Cəbiyevin oğludur. Allah heç kimi övlad itkisi ilə sınağa çəkməsin! Allah Rəhmət Eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2018   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507