İlqar Məmmədovun azadlığa çıxmasının səbəbi Merkeldir? - AÇIQLAMA

İlqar Məmmədovun azadlığa çıxmasının səbəbi Merkeldir? - AÇIQLAMAAlmaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub. Angela Merkel avqustun 25-də Bakıda səfərdə olacaq.

BiG.AZ xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli Modern.az saytına açıqlamasında deyib ki, Avropanın böyük dövlət rəhbərlərinin Azərbaycana səfər etməsi bizim üçün çox yaxşı haldır:

"Bildiyiniz kimi bu yaxınlarda İtaliyanın prezidenti və digər ölkələrin rəhbərləri də ölkəmizə səfərlər etdilər. Əlbəttə, Almaniya dünyanın dördüncü iqtisadi gücə malik dövlətidir. Həmçinin dünyada bir nömrəli qadın siyasətçi hesab edilən Angela Merkelin səfərinin xüsusi əhəmiyyəti var. Heç şübhəsiz ki, həm Avropa Birliyində, həm də dünyada Merkel ciddi nüfuz sahibidir və müəyyən hadisələrə təsir edə bilir. Hətta bəzən Avropanın bütünlükdə həll edə bilmədiyi məsələni Merkel öz təşəbbüsü ilə, Amerika, Rusiya və bu kimi dövlətlərlə danışıqlar yolu ilə qaydaya salır. Belə nüfuzlu şəxsin Azərbaycana səfəri alqışlanmalıdır. Merkelin ölkəmizin milli problemləri – Qarabağ məsələsi ilə bir daha əyani, vətənimizdə tanış olma imkanları yaranır. Almaniya bir neçə dəfə Azərbaycanı müdafiə edib və ona görə də biz onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını arzu etmişik. Tarixən Azərbaycan xalqının birmənalı şəkildə almanlara hörməti olub. Almaniya-Azərbaycan dostluğunun möhkəmlənməsi çox önəmlidir və bu, ölkəmizə fayda verəcək. Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanın geosiyasi, kommunikasiya vəziyyətinin əhəmiyyətini də artıracaq. İki dövlət arasında ciddi razılıqların əldə ediləcəyini fikirləşirəm".

Digər tərəfdən REAL partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını Angela Merkelin Azərbaycana səfəri ilə əlaqələndirənlər kifayət qədərdir. Deputat bu məsələyə də toxunub:

"Mən hətta Milli Məclisdə demişdim ki, heç bir Avropa Şurasından və başqalarından asılı olmayaraq Azərbaycan özü bu addımı atmalıdır. Ölkəmizin öz məhkəmə sistemi var. Hansısa beynəlxalq qurumların bizə təzyiq etməsini gözləməməliyik.

Düşünürəm ki, əvvəla hər bir halda İlqar Məmmədov haqqında məhkəmə hökmünün dəyişdirilib yumşaldılması Azərbaycan xalqını, cəmiyyətini razı salan addımdır. Amma Merkelin gəlişinin buna təsir etdiyini sübut etmək üçün əlimdə əsas yoxdur. Hər halda bu, Avropa və onun mərkəzi tribunası Almaniya, onun başçısı üçün mülahizə olunan bir mesajdır. Yəni insan hüquqları ilə bağlı Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi sayəsində Azərbaycan beynəlxalq təcrübəyə riayət edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 222
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 361
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1596
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

23.04.2024 332
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 384
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 168
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 415
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 136
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 145