Pensiyaçılara ŞAD XƏBƏR: Qurban bayramına görə...

Pensiyaçılara ŞAD XƏBƏR: Qurban bayramına görə...
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6758 Tarix: 16.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
kimcen
kimcen 17.08.2018
Qara gelsin verdiyniz WAD xeberi. Bele yalan wad xeberler vaxt geler sizede qismet olar. Heleki camaatla mezelenin


 
ogul
ogul 17.08.2018
Ele shad xeber yazmisiz ki, guya qeyri adi neyse olub. Bu camaati az dolayin.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər