Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər - 18-ci otaqda kim pul yığır?

Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər - 18-ci otaqda kim pul yığır?Bakı Şəhər Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyətinin doğurduğu narazılıqlarla bağlı ölkə mətbuatında mütəmadi olaraq silsilə yazılar dərc olunmaqdadır. Fəaliyyəti ən çox tənqid olunan strukturların başında gəlməsinə baxmayaraq adı çəkilən qurumun məsul şəxsləri bundan nəticə çıxartmaq əvəzinə özbaşınalıq və qanunsuzluqlarını daha da genişləndirirlər.

BiG.AZ sfera.az-a istinadən xəbər verir ki, sözügedən saytın əməkdaşının bu günlərdə şahidi olduğu mənzərə həqiqətən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təxirəsalınmaz islahatların aparılmasının vacibliyini bir daha təsdiq etməkdədir. Şahidi olduğumuz mənzərə burada qanunların işləmədiyini, kimlərinsə özünü qanundan üstün saydığını göstərir.

Cavad adlı mayorun "18-" sərgüzəştləri...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 18-ci otaq rüşvətin toplandığı əsas məntəqələrdəndir. Həmin otağın "küllü ixtiyarı" olan Cavad adlı mayorun isə öz qaydaları var. Burada avtomobillərə cərimə yazılmadan sənədlər alınır və sürücülər 18-ci otağa dəvət edilərək onlarla "profilaktik söhbətlər" aparılır. Amma sürücülərin həmin otaqda problemlərini həll etməsi də mayorun kefindən asılıdır. Belə ki, həmin şəxs kefi istəyəndə vətəndaşları çağırır, ürəyinə düşəndə bayıra çıxaraq, dost-tanışları isə laqqırtı vurur.

Əməkdaşımız bildirir ki, problemini həll etmək üçün 18-ci otağın qarşısında saatlarla gözləməyə məcbur olan vətəndaşlar iş vaxtı bayırda dost-tanışıyla deyib gülən mayora yaxınlaşıb tələsdiklərini deyərkən əsl həngamə qopur.

Ona müraciət edənlərə qarşı kobud rəftar etməkdən belə çəkinməyən "18-ci otağın ağası" açıq şəkildə bəyan edir ki, haçan işləyib, haçan çöldə siqaret çəkəcəyini, ya da dost-tanışlarıyla söhbət edəcəyini özü müəyyənləşdirir.

Mayorun xidməti otağına, iş fəaliyyətinə qayıtması da sürücülərə ayrı dərd yaşadır. 18-ci otaqda hər şey rüşvətlə həll olunur, mayor isə "mən beləyəm, kimə istəyirsinizsə şikayət edin" tipli meydanoxumalarla nə qədər qüdrətli olduğunu sərgiləməkdən xüsusi zövq alır. Avtomobillər heç bir protokol yazılmadan duracaqlara aparılır, vətəndaş haqqını tələb etmək istəyəndə və ya "cəriməni yazın" tələbi irəli sürəndə mayor sadəcə "burada işlər belə həll olunur" deməklə kifayətlənir.

Sfera.az əməkdaşı müşahidə etdiklərinin heç bir qanuna, qaydaya sığmadığını, hər hansı etirazın isə faydasızlığını nəzərə alaraq qarşılaşdığı problemin qanuni həlli məqsədilə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla telefon əlaqəsi yaradıb.

Amma 18-ci otağın sahibi olan mayor bundan sonra da qanunun tələblərinə boyun əymək istəməyib. Belə ki, o açıq şəkildə əməkdaşımıza bildirib ki, heç kimi tanımır, tanımaq istəmir və yalnız özünün müəyyənləşdirdiyi qaydalarla işləməkdə israrlıdır.

Mövcud reallıqları nəzərə alanda belə nəticəyə gəlmək olar ki, hər kəsə meydan oxuyan Cavad adlı həmin mayor hansısa böyük məmurla qohum olduğuna görə özünü bu qədər qüdrətli hesab edir. Hər halda onun Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Sadıqovla lazım olduğundan az hesablaşması bu ehtimalımızı gücləndirir. 18-ci otağın müəmmalı sahibi olan həmin mayorun kimə güvənərək qanunlara meydan oxuması və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində baş verən digər ilginc maxinasiyalar haqda isə növbəti yazımızda daha geniş bəhs edəcəyik...
Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər - 18-ci otaqda kim pul yığır?Bakı Şəhər Yol Polisi İdarəsində çəkilən gizli görüntülər - 18-ci otaqda kim pul yığır?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1797   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0