Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYYƏLƏR

Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYYƏLƏRQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.

BiG.AZ bildirir ki, QMİ-nin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, açıqlamada deyilir:

"İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - "Eydül-Əzha" - Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Hər bir imkanlı müsəlman üçün vacib buyurulan Həcc mərasiminin ən şərafətli məqamı olan, günahların Allah tərəfindən bağışlanmasını və Uca Yaradana şükr-sənanı təcəssüm etdirən mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz günlərdə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.

Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə 22 avqust tarixinə təsadüf edir. Bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dindarlar adından, Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması, dövlətçiliyimizin tərəqqisi üçün dualar edirik.

Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən "Bismillаhi və billаhi vəllаhu əkbər" deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan, İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirməк savabdır. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.

Аllаh-Təаlаnın insаnlаrın mənən sаflаşmаları və həmrəyliyə nail olmaları məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində kəsdiyiniz qurbаnlаrı, verdiyiniz ehsanları, etdiyiniz duaları qəbul etsin. Allah Vətənimizi hifz etsin. Аmin!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc ifaçı Varşavada klip çədirdi (VİDEO)

Azərbaycanlı gənc ifaçı Rəvan Polşanın paytaxtı Varşavada klip çəkdirib. Qaynarinfo xəbər verir ki, "İnanma" adlı mahnının sözləri və müsiqisi ifaçının özünə aiddir. Klipin rejissoru Royal Cəfərovdur. Ekran işi Varşava şəhərində peşəkar komanda ilə ərsəyə gətirilib. Mahnı may ayında yayınlanmas

18.03.2024 241
.

Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın FOTOSU

Xəbər verdiyimiz kimi, martın 17-nə keçən gecə Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə gecə saat 22 radələrində baş verib. Adil Qasımov adlı şəxs idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayana

11:08 0
.

Bu rayonlara qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb. Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan

11:48 0
.

"Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması Ermənistanın dövlət olaraq cinayətkar mahiyyətini ifşa etmiş olur" - Politoloq

Xocalı rayonunda kütləvi məzarlıqda aşkar edilmiş 18 insan qalığından daha birinin şəxsiyyəti məlum olub. Politoloq Tural İsmayılov -a bildirib ki, Xocalı rayonunda kütləvi məzarlığın aşkarlanması və 90-cı illərdə Xocalıda Ermənistanın vəhşi cinayətinə qurban gedən vətəndaşlarımızın kimliyinin üzə çıxmas

18.03.2024 422
.

"Novruz milli- mənəvi dəyərləri nümayiş etdirən anlayış, xalqın fəlsəfəsidir"- Kulturoloq

"Novruz təkcə xalqımızın sivilizasiya yolu, ilin təhvil verilməsi, yeni ilin gəlişi bayramı deyil, eyni zamanda indiyə qədər qazandığı milli- mənəvi dəyərləri nümayiş etdirən anlayış, xalqın fəlsəfəsidir". Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, – Mir Cəlal Paşaye

18.03.2024 285
.

Məşhur aktrisa tanınmaz halda

Türkiyəli məşhur kino aktrisası Qonca Vuslateli uzun müddət fasilədən sonra sosial mediada üzə çıxıb. -ın açıqlamasına görə, 8 aylıq hamilə olan Qonça tamamilə dəyişib. Saçlarını uzadıb, xeyli kilo alan aktrisanı tanımaq asan olmayıb. İzləyicilər ona hamiləliyi ilə bağlı xoş arzularını bildirsələr də

18.03.2024 594
.

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib. -un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifad

10:37 0
.

G7 İranı Rusiyaya ballistik raketlər göndərəcəyi təqdirdə yeni sanksiyalarla hədələyir

G7 ölkələri cümə günü İrana xəbərdarlıq ediblər ki, Tehran Ukraynada istifadə üçün ballistik raketləri Rusiyaya ötürərsə, onlar yeni sanksiyalar tətbiq edəcəklər. xəbər verir ki, bu barədə G7 liderlərinin bəyanatında deyilir. "İran Rusiyaya ballistik raketlər və ya əlaqəli texnologiya təmin etməy

18.03.2024 239
.

Keçmiş sevgilisi gənc qadını küçənin ortasında güllələdi

Türkiyədə gənc qadın küçənin ortasında güllələnib. xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib. Belə ki, 7 aydır evli olan 25 yaşlı Gülhan Esen işə gedərkən keçmiş sevgilisi onu küçənin ortasında güllələyib. Hadisə yerinə polis və təcili tibbi yardım qruplar

18.03.2024 458