Erməni mütəxəssis Xəzər konvensiyası haqda: "Küncdə qaldıq…" – Etiraf

Erməni mütəxəssis Xəzər konvensiyası haqda: "Küncdə qaldıq…" – EtirafSon 20-25 il ərzində Ermənistan ümumi ritorika üzərində qurulmuş və konkret layihələrin həyata keçirilməsi əks olunmayan siyasət aparıb. Ermənistanın heç bir enerji və nəqliyyat diplomatiyası yoxdur, bu mənada ən yaxşı halda İrana ümid edilib. Lakin İranın digər qonşu dövlətlərlə dərinləşən əlaqələri və Ermənistanın geosiyasi çəkisinin az olması bizim bu ümidimizi də puç etdi. Bu, Ermənistan üçün həyəcan siqnalıdır.

BiG.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Vahe Davtyan deyib.

Mütəxəssis İran və Ermənistan arasında elektrik enerjisi üzrə aparılan danışıqların da dayandığına diqqət çəkib:

"Ermənistan üzərindən Gürcüstana elektrik xətlərinin çəkilməsi nəzərdə tutulurdu. 30 il bu haqda danışdılar, amma əməli addım atılmadı. Çünki Gürcüstan həm Azərbaycandan ucuz elektrik enerjisi alır, həm də öz tələbatını daxili resursları hesabına ödəyə bilir.

Ermənistan üzərindən Gürcüstana nəzərdə tutulan qaz xətti layihəsi də fiaskoya uğradı. Gürcüstan öz tələbatını yenə də Azərbaycanın hesabına ödəyə bilir. İndi Gürcüstana nə qaz lazımdır, nə də elektrik enerjisi. Zərbə altında isə Ermənistan qaldı".

Vahe Davtyan qeyd edib ki, Ermənistanın xarici bazarlara çıxmaq imkanları tamamilə məhdudlaşıb: "Ermənistan tamamilə küncə sıxışdırılıb və xarici bazarların qapısı üzünə bağlanılıb".

Erməni ekspert yaxın günlərdə Xəzəryanı dövlətlər arasında imzalanmış konvensiyadan da danışıb: "Mən bu məsələni daha çox dramatikləşdirmək istəmirəm, amma Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış konvensiya Ermənistanı narahat etməlidir. Bu, təcrid edilmiş Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Xəzər konvensiyası Ermənistanın regional maraqlarına təsir edir. Məsələni geosiyasi və ya hərbi-siyasi baxımdan nəzərdən keçirsək, Ermənistan əlverişli vəziyyətdə deyil.

Konvensiyanın iqtisadi komponentinə əlavə olaraq deyə bilərəm ki, bu Rusiya, Azərbaycan, İran və digər iki Xəzəryanı ölkələr arasında effektiv, qarşılıqlı əməkdaşlığı genişləndirəcək bir sənəddir. Buna görə də, bu sənədin iştirakçılarını birləşdirən iqtisadi əməkdaşlığa əsasən əlavə edə bilərəm ki, Ermənistan bu fürsətdən yararlana bilməyəcək. Azərbaycan isə bu tarixi anlaşmdan böyük iqtisadi qazanclar təmin edə biləcək".

Vahe Davtyan hesab edir ki, Xəzər konvensiyası Azərbaycan və İran arasındakı anlaşılmazlıqları da həll edəcək: "Bu, Ermənistanın xeyrinə deyil. Beləliklə Xəzər hövzəsi ölkələri arasında bütün məsələləri həll etmək üçün yeni mexanizm yaradılıb, bu mexanizm də Ermənistanın geosiyasi rolunun tamamilə azalması fonunda işə düşür. Yəni, Ermənistan yenə küncdə qaldı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122