Benzinin qiyməti ilə bağlı mühüm xəbər

Benzinin qiyməti ilə bağlı mühüm xəbərAzərbaycana idxal olunan "Premium Euro-95" markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.

"Report"un məlumatına görə, araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98" markalı avtomobil benzinində də müşahidə olunurdu.

Ümumiyyətlə, ictimaiyyətdə avtomobil yanacağının qiymətlərinə olan maraq daim gündəmdədir. Dünya bazarında yanacağın qiymətinin sürətlə dəyişməsi meyilliliyinin ölkəmizə nə dərəcədə təsir edəcəyi əhali arasında böyük marağa səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislərimiz tərəfindən hazırda Azərbaycan Respublikası və qonşu ölkələrdə Premium markalı avtomobil benzinlərinin satış bazarında mövcud vəziyyət müqayisə edilib.

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində "Premium Euro-95" markalı avtomobil benzininin pərakəndəsatış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), "Super Euro-98" markalı avtomobil benzinin pərakəndəsatış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir. Ölkəmizdə adı çəkilən benzin markalarının qiymətinin formalaşmasına dünya bazarında bu neft məhsullarına mövcud olan qiymətlər birbaşa təsir göstərir. Belə ki, göstərilən benzinlər hazırda Azərbaycan Respublikasında istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2172   Tarix: 11 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 575
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 315
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 376
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 980
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 310
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 142
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 235
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 982