Pişik Günel işıq pulundan narazıdır: "Çeki görəndə gözlərim çəpləşdi..."

Pişik Günel işıq pulundan narazıdır: "Çeki görəndə gözlərim çəpləşdi..."
Bir çox vətəndaş kimi müğənni Günel Ələkbərova da iyul ayı üçün elektrik sərfiyyatında ödənişin çox gəldiyini bildirib.

Xanım ifaçı işıq pulundan narazılıq edib. O bildirib ki, işıq qəbzində yazılan məbləği görərkən dəhşətə gəlib:

“Dünən çekdəki məbləği görəndə gözlərim çəpləşdi. Düşündüm ki, aman Allahım, nə baş verir? Yəqin ki qənaət etdiyim üçün iki qat, bəlkə də daha çox işıq pulu gəlib. Qərara gəldim ki, israfa yol verib ehtiyac olmadığı halda belə işıqdan maksimum istifadə edəcəyəm ki bəlkə gələn ay az məbləğdə işıq pulu gələr. Baxdım ki, yenə eyni vəziyyətdir. Təki canımız sağ olsun. İri batareyalı fanarlardan istifadə edəcəyəm. Hər otağa çilçıraq əvəzinə fanar qoyacağam. Ay Allah, sənə qurban olum, belə hara gedirik görəsən?”.

mənbə: xeberchi.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4297 Tarix: 11.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər