İsmayıllıda inəklərin döşlərinin kəsilməsinin səbəbi məlum oldu

İsmayıllıda inəklərin döşlərinin kəsilməsinin səbəbi məlum oldu

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəziləri yırtıcı heyvanlar tərəfindən qoparılıb.

Bunu Oxu.Az-a açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

Onun sözlərinə görə, Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunələrin cavabı bəlli olub:

“Heyvanlarda heç bir xəstəlik yoxdur. Onlar meşədə otlayan zaman yırtıcı heyvanlar süd vəzilərini qoparıblar. Bu məsələdə fermerlər diqqətli olmalıdırlar. İribuynuzlu heyvanları ya qapalı yerdə saxlamalı, ya da onlar otlağa aparılanda nəzarət etməlidirlər”.

Qeyd edək ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəziləri naməlum şəraitdə qoparılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3112 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ogul
ogul 10.08.2018
Ay daaa. Yaziq inekler


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər