"İşğalçı ölkə öz niyyətindən əl çəksə..." - Faiq Ağayev

"İşğalçı ölkə öz niyyətindən əl çəksə..." - Faiq AğayevXalq artisti Faiq Ağayevin sosial şəbəkədə yazdığı status birmənalı qarşılanmayıb.

BiG.AZ xəbər verir ki, ifaçı Hiroşima və Naqasaki faciələrinin ildönümü münasibətilə geniş status yazıb.

Statusdan sitat: "Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Hiroşima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu".

Xalq artisti daha sonra faciənin nəticələri haqda fikir bildirib. O bildirib ki, dünyada heç bir müharibə və savaş əbədi deyil:

"Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.

İfaçı daha sonra deyib ki, Azərbaycanın da torpaqları işğaldan azad ediləndən sonra qonşu dövlətlə münasibətləri bərpa etmək mümkündür:

"Əslində, söhbəti özümüzə şamil etmək fikrindəyəm. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər".

Xalq artistinin bu fikirləri bəzi saytlar və səhifələr tərəfindən təhrif edilmiş formada yayımlanıb. Belə ki, onun sözləri konteksdən çıxarılaraq paylaşılıb.

Bu haqda azxeber.com-a açıqlama verən Faiq Ağayev deyib ki, bəzi şəxslər onun fikrini təhrif edib və bu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "Mən çox təəsüf edirəm ki, bəzi saytlar ucuz şou ardınca qaçır, bəzi şəxslər də təəsüf ki, başlığı oxuyub, fikir bildirirlər. Çox az adam xəbərin içi ilə tanış olur, bu düzgün hal deyil. Mən sizin vasitənizlə bir daha qeyd edirəm ki, statusda bildirdiyim fikir bundan ibarətdir ki, ərazi bütövlüyümüz, əsirlərimizin azadlığa buraxılması, azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdıb, təhlükəsiz yaşamı təmin olunmayınca, heç bir münasibət bərpasından söhbət gedə bilməz. Biz sadəcə olaraq öz haqqımızı dünyadan tələb edirik, heç kimin torpağında da gözümüz yoxdur. İşğalçı ölkə öz niyyətindən əl çəksə, Azərbaycana qarşı işğal siyasətini durdursa və səhvini anlasa, hər hansısa barışıqdan söz gedə bilər".

Xalqa artisti bir daha qeyd edib ki, o yalnız Azərbaycan haqları tanınandan sonra münasibət qurulmasının tərəfdarıdır: "Gəncənin giriş qapıları Gürcüstandadır, hərbi trofey kimi. Bəyəm Gürcüstanla dostluq etmirik? Bunlar tarixi faktdır. Biz humanist və sülhsevər xalqıq. Sadəcə dediyim odur ki, biz yalnız öz haqqımızı müdafiə etməliyik, bir daha qeyd edirəm ki, bizim heç kimin torpağında gözümüz yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 816   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704