Azərbaycan şou-biznesinin gənc baba və nənələri - SİYAHI

Azərbaycan şou-biznesinin gənc baba və nənələri - SİYAHI
Əməkdar artist Rafael İsgəndərovun baba olması barədə məlumat vermişdik. "Bu şəhərdə”nin aktyorunun qızı Gülarənin qız övladı dünyaya gəlib.

Qeyd edək ki, Rafael İsgəndərov bununla Azərbaycan şou-biznesinin ən gənc babaları sırasında yer alıb. Tanınmış aktyor bu statusu 46 yaşında qazanıb.

BiG.AZ xəbər verir ki, azxeber.com Azərbaycan şou-biznesinin gənc baba və nənələri ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

"Bu şəhərdə”nin digər siması, əməkdar artist Coşqun Rəhimovun 3 il öncə qız nəvəsi dünyaya gəlib.

Populyar müğənni Elariz Məmmədoğlu şou-biznesin cavan babalardandır. Müğənninin qızı iki oğlan övladı dünyaya gətirib.

Məşhur müğənni Nazənin Salayeva şou-biznesin cavan nənələrindəndir. Müğənninin ikinci qız nəvəsinə onun adını veriblər.

Əməkdar artist, tanınmış bəstəkar və müğənni Elza Seyidcahan da gənc nənələrdəndir. Əməkdar artistin qızı Gülşən iki il öncə qız övladı dünyaya gətirib.

Azərbaycanın xalq artisti Eyyub Yaqubov 4 il öncə, 49 yaşında baba olub. Müğənni özü bu barədə mətbuata açıqlamasında bildirib ki, nəvəsinin adı Tahirdir.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1178 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər